Icma.az
close
up
RU
Ağdamlılar Sarıcalıda ev gördüsündə: Tədbirdən REPORTAJ

Ağdamlılar Sarıcalıda ev gördüsündə: Tədbirdən REPORTAJ

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Əvvəlcə oxucularımıza xatırladırıq ki, artıq aprelin 2-də Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı çatıb.  Bu mərhələdə köçürülən 110 nəfərdən ibarət 39 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.


Adalet.az xəbər verir ki, 8 aprel də isə Ağdama Qayıdış İctimai Birliyi bu münasibətlə təmtəraqlı tədbir keçirib. Tədbirdə Ağdam ictimaiyyətinin üzvləri , Sarıcalı kəndinin sakinləri, eyni zamanda respublikanın bir çox ictimai fəalları iştirak edib. O cümlədən, şairlər German Ağdamlı, Abdal Qəhrəman, Qazi Mehman Baxşalıyev, Qarabağ müharibəsi iştirakçıları Sambo üzrə Dünya qalibi, dəfələrlə Dünya, Avropa mükafatçısı, Cüdo üzrə Azərbaycan çempionu Səhliman Ağayev, Azərbaycan Əlbəyaxa Döyüş Liqası Klubunun təsisçisi və direktoru, beynəlxalq ekstra dərəcəli hakim, Prezident mükafatçısı Mübariz İbrahimov, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov, müharibə iştirakçısı ictimai fəal Namiq Abbasov,  ilahiyyətçi şair Hacı Fərman Azançı və bir çox tanınmış simalar tədbirdə iştirak edib.


Birliyin sədri Azər Qasımov saytımıza bildirdi ki, tədbirin proqramına daxil edilmiş ilk açılış Quzanlıda yerləşən Ağdam Şəhidlər Xiyabanında baş tutdu. Burda şəhid ailələri, qazilərimizlə birlikdə vətən uğrunda canından keçmiş şəhidlərimizin simasında bütün şəhidlərimizin ruhuna dualar oxundu, qazilərimizə, veteranlarımıza xoş arzularımızı bildirdik. Ağdamın II Şəhidlər Xiyabanı olan Uzundərəni də ziyarət etdikdən sonra Sarıcalı kəndinə yola düşdük”.
Azər müəllim Sarıcalının stadionunda tədbirin davam etdirilməsindən də danışdı:” Yerinə -yurduna qayıtmış Sarıcalı kənd sakinlərinin sevincinə şərik olan tədbir iştirakçıları onları bu sevincli gün münasibəti ilə təbrik etdilər. Şəhid anası Maya Quliyeva, Qarabağ qazisi, şəhid atası Mehman müəllim, bir neçə Sarıcalı kənd sakini çıxış edərək bizə bu xoşbəxt günləri yaşadan Ali Baş Komandan İlham Əliyev cənablarına, həm Azərbaycan Ordusuna, həm də müharibədə birlik və həmrəylik nümayiş etdirən Azərbaycan xalqına təşəkkür etdilər”.
Birliyin sədri yurdlarına dönmüş sakinlərinə “ev gördüsü” planlarından gülümsəyə -gülümsəyə , sevinclə danışdı: “Bizim xalqımızın qədimdən çox gözəl adət-ənənələri var. Onlardan biri də yeni evi olanların “ev gördüsünə” gəlmək , onları bu münasibətlə təbrik etməkdir. Biz də orada qurbanlar kəsdik , yeni evin sevincini yaşayan ağdamlılara, sarıcalılılara hədiyyəmizi verdik”.
Sarıcalıda tədbirin sonunda bütün tədbir iştirakçılarına təşəkkür edən birliyin sədri məmnunluqla Ağdama şəhərinin ziyarətinə gedəcəklərini də elan etdi. İştirakçılar məşhur Qarağacı qəbirsanlığında, I Şəhidlər Xiyabanında uyuyan müqəddəs şəhidlərimizi də unutmadı lar. Onları da ziyarət etdikdən sonra Ağdamın məşhur İmarət deyilən sarayına gəlib, orada çay süfrəsi arxasında son illər Ağdam ərazisində baş tutan inkişaf və yenilikləri müzakirə ediblər.
Qeyd edək ki, bu gün -10 apreldə Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb.
 Sarıcalı kəndinə daha 39 ailə (153 nəfər), o cümlədən: Bakı şəhərindən 22 ailə (85 nəfər); Bərdə rayonundan 4 ailə (18 nəfər); Biləsuvar rayonundan 2 ailə (9 nəfər); Ağdam rayonundan 3 ailə (8 nəfər); Ağcabədi rayonundan 2 ailə (8 nəfər); Yevlax şəhərindən 2 ailə (8 nəfər); Abşeron rayonundan 1 ailə (6 nəfər); İmişli rayonundan 1 ailə (6 nəfər); Ucar rayonundan 1 ailə (3 nəfər); Mingəçevir şəhərindən 1 ailə (2 nəfər) yola salınacaq.
Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Sarıcalı kəndinə köçürülən ailələrin ümumi sayı 76-ya (299 nəfər) çatacaq.
Təbik edirik! Xeyirli-uğurlu olsun!


Əntiqə Rəşid

TƏDBİR FOTOLARDA:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 Aprel 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri