Icma.az
close
up
RU
“Ağdamlılar “sovremenniy” olurlar”

“Ağdamlılar “sovremenniy” olurlar”

Olay.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ağdamlılar “sovremenniy” olurlar”

Xalq artisti Röya Ayxan bir neçə gün əvvəl konsert proqramı ilə çıxış etdiyi məkanda jurnalistlərin suallarını cavablandırıb.

OLAY yazır ki, estrada ulduzu qarşıda planlaşdırılan konsertlərindən, ailəsindən, “Səs Azərbaycandan və layihələrindən danışıb. 

R. Ayxan əvvəlcə 31 oktyabr, 1 noyabrda Heydər Əliyev Sarayında, 7 noyabrda isə Bakı Konqres Mərkəzində keçiriləcək konsertlərindən söz açıb:

“25 illiyimdir. Mən Heydər Əliyev Sarayından başladım. Ənənəmə sadiq qalıb, oradan başlayıb, sonra davam edəcəyəm. Mən hər dəfə konsert verəndə yeni mahnı oxuyurdum, bu dəfə hekayə oxuyacağam. Bu dəfə heç bir şou yoxdur. Mən və orkestrım var. 25 ildə yaşanılanlar, sizi ağlatdığım, güldürdüyüm bütün anları yenidən yaşayacağıq. Əlbəttə məşq edirəm. Mən onsuz da oxuyuram da. “Səs Azərbaycan”da məşq etmişdim?”(“Ağlama” mahnısına canlı ifasını nəzərdə tutur - red.).

Sənətçi qardaşı İsmayılın yeni doğulan oğlu Mete Beyazdan da bəhs edib:

“Mete Beyaz mənim xilaskarımdır. “Öl” desə, ölərəm. O, məni tutdu, ayağa qaldırdı, saxladı. İki aydır onu qucaqlamışam, onunla yaşayıram. Gəlinimizin ailəsi zəng edir ki, İstanbula gəlsinlər. Deyirəm ki, dəyməyin, mən hələ özümə gəlməmişəm, getməsin. İsmayıl burada da bir çox ulduzla çalışmağa başlayıb. Mənim üçün də çox gözəl mahnı yazıb. Yaşamaq barəsində bilmirəm... Onlar 33 ildir orada yaşayırlar. Gəlinə deyirəm ki, ikincini də dünyaya gətir, bunu ver, get. Deyir, yox… Atam nəvəsi üçün bir çəhrayı oyuncaq almışdı, bir də boz rəngdə papış. O papışı tez geyindirdim. Sonradan vəziyyəti ağırlaşdı, heç nə edə bilmədik. Huşu özündə olanda iki cür almışdı hər şeyi. Çox istəyirdi ki, oğlunun oğlu olsun. Deyirdi, nəvə… Deyirdim ki, sənin nəvələrin var da, iki qızının da övladları var. Deyirdi, öz nəvəmi, oğul nəvəmi istəyirəm. Mete mənim üçün başqa dünyaya qapı açdı. O, mənim üçün hər şeydir. Öz oğlum doğulanda belə hisslər yaşamamışdım. İndi elə bil anayam mən, ya da nənəyəm mən… Nə bilim. Qoymayacağam ki, “bibi” desin. “Röya” desin. Bacımın oğlu deyir, xala, universitetin pulunu vermək lazımdır. Deyirəm, ödəmirəm, bir də mənə “xala” desən, səni öldürərəm. Bacıma zəng etmişəm ki, deməmişəm, uşaqlar “xala” deməsin? Röya desin, amma “siz”lə müraciət edin. Xala, bibi gözəl şeydir. Mən anam, atam tərəfə elə deyirəm, çünki adları ilə çağırsam, məni parçalayarlar. Ailəmiz “sovremenniy”dir. Ümumiyyətlə, ağdamlılar “sovremenniy” olur”.

R. Ayxan deyib ki, “Səs Azərbaycan”dakı iştirakçıları ilə duet təqdim edəcək:

“İki nəfərlə duet yazılıb, bu iki ayda heç nə edə bilmədik. İnşallah, bütün ailələrdə sağ-salamatlıq olsun. Ümumiyyətlə, mən o komandanı sevdim, eyni simalar olacaqsa, gedirəm. Başqalarına söz vermirəm. Yeni tanışlıqlarım da oldu. Deyirdim, Eldar çox soyuqdur, istəmirəm onu, sadəcə salam-sağ ol edəcəyəm. İndi onun üçün ölürəm”.

Samirə Ərəblinskaya 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://olay.az
archiveBu xəbər 01 Oktyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1064

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see378

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see377

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see342

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see240

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see235

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see220

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see218

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see204

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see199

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see197

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see195

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see188

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see187

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see179

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see177

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see172

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see171

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see168

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri