Ağdərə sakini: İllərdir həsrətində olduğumuz torpaqlarda firavan yaşayırıq
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Cənab Prezidentin və birinci xanımın kəndimizə səfəri bir bayramımızı iki etdi. Necə deyərlər, bayram bayrama qarışdı. Çox xoşbəxtəm ki, belə bir tarixi günə şahid oldum".
Bu sözləri APA-ya açıqlamasında Ağdərə rayonunun Həsənriz kənd sakini Şəhla Eyvazova deyib.
O, dünən kəndə səfər edən Prezident İlham Əliyevlə həmsöhbət olduğunu bildirib: “Bir qazi övladı, gənc müəllim olaraq qürur duyuram. Prezidentimizə, Ordumuza minnətdarlığımı bildirirəm. Onların sayəsində biz illərdir həsrətində olduğumuz torpaqlarımızda bayram qeyd edirik, firavan yaşayırıq”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 19 Mart 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















