Icma.az
close
up
RU
Ağdərə sakininin iddialarına rəsmi cavab FOTO

Ağdərə sakininin iddialarına rəsmi cavab FOTO

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağdərə rayonunun Vəngli kənd sakini Fatimə Abbasova sosial şəbəkələrdə heç bir əsası olmayan video paylaşıb.

O, işlə təmin edilmədiyini, maddi vəziyyətinin çətin olduğunu, Vəngli  kəndindəki torpaqların məmurlar tərəfindən satıldlğını, ərazilərin dörd bir tərəfinin bağlanaraq, vətəndaşlar, yerli turistlər üçün girişin qadağan edildiyini deyir. Bununla da şikayətçi ictimaiyyəti çaşdıran səhv məlumatlar yayır.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Xüsusi nümayəndəlikdən Modern.az-a bildirilib ki, Fatimə Abbasova və həyat yoldaşı işlə təmin olunub.

O, orta məktəbdə xadimə, həyat yoldaşı Yavər Abbasov isə həmin məktəbin qazanxanasında işləyir. Keçmiş məcburi köçkün olaraq iki mərtəbəli evlə, “Agdam çay evi” adlı obyektlə təmin olunub. Fakt olaraq həmin obyektin fotosunu da təqdim edirik. O ki qaldı sözügedən şəxsin ərazidəki torpaqların guya satıldığı və vətəndaş, turist üçün qapadıldığı barədə iddialarına, bu da yalan və böhtandan başqa bir şey deyil. Əvvəla, ərazi hər bir vətəndaş üçün açıqdır:

"Nümayəndəlik olaraq bildiririk ki, azad edilmiş həmin ərazilərə böyük investisiyalar cəlb olunur və investorlar turizmin inkişafı ilə bağlı xidmət məkanları yaradırlar. Bu da bölgədə turizmin inkişaf etdirilməsinə yol açır. Böyük sərmayələr yatıraraq, müasir obyektlər yaradan investorların fəaliyyət göstərdiyi bir mühitdə vətəndaşların icazəsiz, nizamsız şəkildə gecəqondu səviyyəsində yüngül konstruksiyalar quraşdırması həm ərazinin estetik görünüşünə, həm də formalaşan investisiya mühitinə mənfi təsir göstərə bilər. İnvestorlar kifayət qədər vəsait yatıraraq müasir, səliqəli obyektlər yaradırlar ki, bu da investisiya mühitinin və ərazilərin ümumi görünüşünün qorunmasıdır. Azad edilmiş ərazilər yalnız yaşayış və iqtisadi fəaliyyət məkanı deyil, həm də Azərbaycanın yeni inkişaf modelinin nümayiş olunduğu məkanlardır. Bu ərazilər isə ciddi investorlar üçün həmişə açıqdır. Bu baxımdan vətəndaşlardan, mövcud şəhərsalma qaydalarına riayət etmələri, ərazilərdə özbaşına konstruksiyalar quraşdırmamaq və ümumi görünüşün qorunmasına məsuliyyətlə yanaşmaq xahiş olunur. Azad edilmiş ərazilərin müasir, səliqəli və vahid şəhərsalma prinsipləri əsasında qurulması dövlət qurumları ilə yanaşı, burada yaşayan və fəaliyyət göstərən hər bir şəxsin də məsuliyyətidir. Ərazilərdə turizmin inkişaf etdirilməsi, turistlərin bura cəlb edilməsi də vacib məqamlardandır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Avqust 2026 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see285

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see271

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see263

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see255

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see254

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see250

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see245

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see245

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see234

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see226

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see222

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see220

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see214

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see209

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see206

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see204

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see203

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see183

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see183

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri