Ağdərədə dörd nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanıb AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
Ağdərədə dörd nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə cinayət işi başlanıb.
"Report" xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, noyabrın 30-da Ağdərədə avtomobilin aşması nəticəsində Kərimov Asəf Raquf oğlu, Məmmədov Samir Mətləb oğlu, Həsənov Mütalib Telman oğlu, Alxanov Sərdar İmran oğlu aldıqları xəsarətdən hadisə yerində ölüblər.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Zülfüqarov İlkin Qurban oğlu isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

