Ağdərənin Vəngli kəndinə köçürülən ailələrə mənzillərin açarları təqdim olunub
Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Noyabrın 13-də Ağdərə rayonunun Vəngli kəndinə köçürülən ailələrə yeni mənzillərin açarları təqdim edilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu mərhələdə Vəngli kəndinə 45 nəfərdən ibarət 11 ailə köçürülüb. Sakinlərə mənzillərin açarlarını təqdim edən xidmətin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə köçürülmə prosesi ardıcıl şəkildə davam etdirilir.
M.Əfəndiyevin sözlərinə görə, kənddə bütün zəruri infrastruktur yenidən qurulub. Bura mühəndis-kommunikasiya xətləri, yol və su təchizatı sistemləri də daxildir. Məqsəd isə sakinlər üçün rahat və təhlükəsiz yaşayış mühiti yaratmaqdır.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 13 Noyabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















