Agentlik direktoru: Qısa müddətdə dövlət istiqrazlarının yenidən buraxılışına başlanacaq
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Maliyyə Nazirliyi dövlət istiqrazlarının buraxılışının dayandırılması ilə bağlı məsələyə aydınlıq gətirib.
“APA-Economics” xəbər verir ki, bu barədə Maliyyə İnvestisiya Forumunda çıxışı zamanı Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə edilməsi Agentliyinin direktoru Azər Mürsəqulov deyib.
O bildirib ki, cari ilin əvvəlindən etibarən Nazirlik sərbəst büdcə vəsaitləri ilə bağlı depozit hərracları keçirir. Bu, büdcədə sərbəst vəsaitlərin olması ilə bağlıdır. Belə olan halda bazardan əlavə vəsait cəlb edilməsi məqsədəuyğun deyil.
Azər Mürsəqulov əlavə edib ki, qısa müddət sonra təkrar bazara yenidən qayıdılacaq və dövlət istiqrazlarının emissiyası yenidən başlanılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 23 May 2025 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















