Agentlik: Dubnada elmi fəaliyyət göstərən İRİA nın əməkdaşları əhəmiyyətli elmi nəticələr əldə ediblər
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan 1956-cı ildən Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) üzvüdür. Bu illər ərzində əməkdaşlıq çərçivəsində ölkəmiz nüvə elmləri, yüksək enerjilər fizikası, materialşünaslıq və informasiya texnologiyaları sahələrində beynəlxalq elmi layihələrdə fəal iştirak edir.
AZƏRTAC İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) məlumatına istinadla xəbər verir ki, Azərbaycan alimləri BNTİ-nin elmi proqramlarında yer alaraq fundamental tədqiqatların aparılmasına, müasir nüvə texnologiyalarının inkişafına və qabaqcıl metodların tətbiqinə mühüm töhfələr verirlər. “Ölkəmizdə nüvə elminin yeganə mərkəzi kimi fəaliyyət göstərən agentlik BNTİ ilə əməkdaşlığı genişləndirərək Azərbaycan alimlərinin beynəlxalq elmi mühitdə iştirakını dəstəkləyir və yeni nəsil tədqiqatçıların hazırlanmasına şərait yaradır. Dubnada elmi fəaliyyət göstərən İRİA Nüvə Tədqiqatları Departamentinin əməkdaşları nüvə və neytron fizikası, yüksək enerjilər fizikası, həmçinin kompüter modelləşdirməsi sahələrində əhəmiyyətli elmi nəticələr əldə ediblər. Azərbaycanla BNTİ arasında əməkdaşlıq təkcə elmi nailiyyətlərin artırılmasına deyil, ölkəmizdə nüvə texnologiyalarının tətbiqi, elmi infrastrukturun gücləndirilməsi və kadr potensialının formalaşması üçün mühüm baza yaradır”, - deyə məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 29 Oktyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















