Icma.az
close
up
RU
Agentlik onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

Agentlik onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib.

Bu barədə MEDİA məlumat yayıb.

Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər, müraciət dekabrın 2-si, saat 18:00-dək olacaq.

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə MEDİA-ya təqdim etməlidirlər.

Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 3 min manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 ay müddətində qüvvədə olur.

seeBaxış sayı:45
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri