Agentlik rəsmisi: Bu il Azərbaycanın 7 ali təhsil müəssisəsi 5 beynəlxalq akkreditasiya əldə edib AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 11 dekabr, AZƏRTAC
2024-cü ildə Azərbaycanın 7 ali təhsil müəssisəsi 5 müxtəlif beynəlxalq akkreditasiya təşkilatı tərəfindən müvafiq akkreditasiya əldə edib.
AZƏRTAC xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Müjdat Həsənov Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda deyib.
O bildirib ki, bu beynəlxalq akkreditasiyalar xarici tələbələrin cəlbi və dünya reytinqlərində irəliləyiş baxımından mühüm əhəmiyyət kəsb edir. Müjdat Həsənov Azərbaycanın ali təhsil sisteminin beynəlmiləlləşməsi istiqamətində həyata keçirilən işlərin, davam etdiriləcəyini bildirib, beynəlxalq reytinqlərdə daha yüksək mövqelərə çatmaq və beynəlxalq əməkdaşlığı genişləndirməyin əsas prioritetlər kimi müəyyən olunduğunu söyləyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 11 Dekabr 2024 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















