525ci qəzet Agentlik rəsmisi: Bu il Azərbaycanın 7 ali təhsil müəssisəsi 5 beynəlxalq akkreditasiya əldə edib
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2024-cü ildə Azərbaycanın 7 ali təhsil müəssisəsi 5 müxtəlif beynəlxalq akkreditasiya təşkilatı tərəfindən müvafiq akkreditasiya əldə edib.
525.az xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Müjdat Həsənov deyib.
O bildirib ki, bu beynəlxalq akkreditasiyalar xarici tələbələrin cəlbi və dünya reytinqlərində irəliləyiş baxımından mühüm əhəmiyyət kəsb edir. Müjdat Həsənov Azərbaycanın ali təhsil sisteminin beynəlmiləlləşməsi istiqamətində həyata keçirilən işlərin, davam etdiriləcəyini bildirib, beynəlxalq reytinqlərdə daha yüksək mövqelərə çatmaq və beynəlxalq əməkdaşlığı genişləndirməyin əsas prioritetlər kimi müəyyən olunduğunu söyləyib.
Sevinc Qarayeva


