Icma.az
close
up
RU
“Ən qorxulu ssenari İranda vətəndaş müharibəsinin baş verməsidir...” RIZA TALEBİ

“Ən qorxulu ssenari İranda vətəndaş müharibəsinin baş verməsidir...” RIZA TALEBİ

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İqtidardakılar yaxşı bilir ki, ikinci bir hərəkat baş verərsə və yenidən xalqa qarşı eyni cinayətlər törədilərsə, bu dəfə milyonlarla insan küçələrə çıxacaq və bu rejimi siləcək...” 

“Heç kim dəqiq şəkildə bilmir ki, nə olacaq, nə baş verəcək və Amerika tərəfindən hansı planlar həyata keçiriləcək…”

“Son həftələrdəki qətiamlar və insanların sıxışdırılması ilə əlaqədar İranda, xüsusən də şəhər mərkəzlərində, ciddi bir qorxu atmosferi yaranıb. İqtisadi vəziyyət çox pisdir və getdikcə artan inflyasiya ilə yanaşı, insanlar həm də xarici müdaxilə qorxusu yaşayırlar. Həmçinin, bir çox ailədə övladlar və ya atalar, doğmalar həbs edilib və ya öldürülüb. Onlar hələ də əzizlərinin yaslarını keçirirlər. Yəni İran böyük bir yas içərisindədir. Hərçənd, xaricdə bəzi qruplar, əsasən də Rza Pəhləvinin tərəfdarları, bu yasdan istifadə edərək, İranın molla rejiminə qarşı kampaniyalar aparırlar.”

Güney Azərbaycanlı Jurnalist və beynəlxalq əlaqələr üzrə ekspert, Almaniyanın Köln Universitetinin professoru Rıza Talebi bu fikirləri Moderator.az-a açıqlamasında “İranda son həftələr baş verən proses və hadisələr barədə gəldiyiniz nəticələr nədən ibarətdir?” sualını cavablandırarkən səsləndirib.

“Mən hələ də düşünmürəm ki, İranda küçələrə çıxan insanların hamısı Pəhləvinin tərəfdarıdır. Bəlkə bu, sadəcə kütləvi bir hərəkatdır və görünən odur ki, İran hakimiyyəti tərəfindən sərt şəkildə basdırılıb. Belə nəticəyə gəlmək olur ki, məsələ hələ də bitməyib və davam edəcəyi açıqdır. Və bu cür vəziyyət qalarsa, daha da dəhşətli şəkildə davam edəcək. İqtisadi vəziyyət daha da pisləşəcək. Çünki İran rejiminin bu istiqamətdə hər hansı bir politikası və strategiyası yoxdur. Kütlələr arasında qarşıdurmaların şiddəti artacaq, çatlamalar dərinləşəcək. Nəsillər və cəmiyyətin fərqli təbəqələri arasındakı uçurum daha da genişlənəcək, ölkədən köç axını artacaq. Hələ savaşla bağlı köçdən bəhs etmirik. Həm sosial-iqtisadi durumun ağırlığı, həm də hakimiyyətin şiddətli diktatutası nəticəsində bu qara köç çoxalacaqdır.  İnsanların alış-veriş gücü tamamilə azalacaq. Hakimiyyətlə xalq arasında yaranan bu qopuqluğun, bu uçurumun daha heç bir halda aradan qalxması imkanı yoxdur”, - deyə davamında ekspert bildirib.

Güneyli professor Amerika Birləşmiş Ştatlarının İranla bağlı siyasətində hələ də təzyiq və şiddət tətbiq etməyi məqsəd qoyduğunu düşünür: 

“Ehtimal olunur ki, bu şiddət müəyyən bir səviyyədə saxlanacaq və təzyiq yavaş-yavaş artırılacaq.  ABŞ üçün heç bir zaman İran xalqının konkret bir əhəmiyyəti, önəmi olmamışdır. Bəlkə də, sadəcə bütün bu etirazlar, üsyanlar və rejimin törətdiyi qətliamlar bir bəhanədir ki, İrana xarici müdaxilə edilsin. İran hakimiyyətində isə, təəssüflər olsun ki, ağıl deyilən bir şey yoxdur. Və yalnız insanları öldürməklə, cinayətlərə imza atmaqla, diktatorlarla bərabər digər ölkələrə müdaxilələr etməklə İranın özünə xarici müdaxiləni asanlaşdırmış olub…”

Ekspert həm də İranda vətəndaş savaşının baş verəcəyindən ehtiyatlanır:

“Lakin ölkəyə növbəti xarici müdaxilə baş verəcəyi halda ən qorxulu ssenari İranda bir iç savaşın- vətəndaş müharibəsinin baş verməsidir. Bu, çox qorxulu bir vəziyyət olar. Bir çox insan bunu mümkünsüz hesab etsə də, mən düşünürəm ki, xarici müdaxilə bunun əsas səbəbi ola bilər. Xarici müdaxilə olmasa da, vəziyyətin belə davam etməsi halında bu dəfə daha çox insan və daha şiddətli şəkildə küçələrə çıxacaq və onu nə qədər basdırmağa, əzməyə çalışsalar da, yatırtmaq mümkün olmayacaq. Həm də ona görə ki, iqtidardakılar yaxşı bilir ki, ikinci bir hərəkat baş verərsə və yenidən xalqa qarşı eyni cinayətlər törədilərsə, bu dəfə milyonlarla insan küçələrə çıxacaq və bu rejimi siləcək...”

“Sizcə, ABŞ və İsrailin İrana qarşı növbəti genişmiqyaslı hücumu ehtimalı nə qədərdir?” sualına isə Rza Talibi belə cavab verib:

“Kəhanət etmək, yəni münəccimlik etmək istəmirəm. Bilirsiz, çox sayda insan var ki, oturub burada kəhanət edirlər, guya gələcəyi proqnozlaşdırırlar, müxtəlif fikirlər irəli sürürlər. Belələri yalnızca reyting qazanmaq və gündəmi zəbt etmək üçün bunu edirlər. Heç kim dəqiq şəkildə bilmir ki, nə olacaq, nə baş verəcək və Amerika tərəfindən hansı planlar həyata keçiriləcək…”

Təqdim etdi: 

Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:29
embedMənbə:https://moderator.az
archiveBu xəbər 26 Yanvar 2026 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see275

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see253

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see175

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see163

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see149

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see147

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see145

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri