Agentlik: Texniki işlər yekunlaşdıqdan sonra 1161 avtobusda səslənmə təmin olunacaq
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 12 noyabr, Günel Türksoy, AZƏRTAC
Hazırda paytaxtda 180 marşrut xətti üzrə 27 avtobus daşıyıcısı fəaliyyət göstərir. Gündəlik sərnişindaşıma fəaliyyətinə 2 min 300 avtobus cəlb edilir. 1054 avtobusda dayanacaqların səsləndirilməsini həyata keçirən qurğu mövcuddur. Bunlardan 815 ədədi gündəlik istismar olunur.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən ( AYNA) məlumat verilib.
Bildirilib ki, daşıyıcılar tərəfindən yeni gətirilən daha 107 avtobusda səslənmənin təmin edilməsi istiqamətində əlavə qurğuların quraşdırılması ilə bağlı texniki işlər aparılır. Texniki işlər yekunlaşdıqdan sonra ümumilikdə 1161 avtobusda səslənmə təmin olunacaq.
Əlavə edilib ki, Bakıya yeni gətirilən və sərnişindaşıma üçün xəttə buraxılan avtobuslar bu sistemlə təchiz olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 12 Noyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















