Icma.az
close
up
RU
Paşinyan niyə sevinclidir, nağara çalır, atılıb düşür Nə baş verir?

Paşinyan niyə sevinclidir, nağara çalır, atılıb düşür Nə baş verir?

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın baş naziri Nikol Paşinyan son günlər ard-arda yayımladığı qeyri-adi videolarla yenidən diqqət mərkəzinə düşüb. Yeni il şənlikləri çərçivəsində müxtəlif kütləvi tədbirlərdə görünən Paşinyan bir yandan musiqi sədaları altında nağara çalır, digər yandan gənclərlə birlikdə atılıb-düşür, bayram ovqatını nümayiş etdirir. Maraqlıdır ki, bu görüntülərin əksəriyyəti məhz onun şəxsi sosial şəbəkə hesablarında paylaşılıb və qısa müddətdə geniş yayılıb.
Bizim.Media xəbər verir ki, son günlər Paşinyanın paylaşımlarında iki xətt açıq-aydın seçilir. Bir tərəfdən, o, dini ayinlərdə – kilsə ibadətlərində, xaç vurarkən, özünə yaxın keşişlərlə birgə mərasimlərdə görünür və bu səhnələri də ictimaiyyətlə bölüşür. Digər tərəfdən isə, konsert və bayram tədbirlərində, gənc və orta yaşlı insanların əhatəsində sanki “toy-bayram” ab-havası yaradır, səmimi və rahat görüntülər təqdim edir. Sosial mediada dolaşan son video məhz bu xəttin kulminasiyasıdır: Paşinyan kütlənin içində, musiqinin ritminə uyğun sevinir, əllər havada, əhvalı yüksək.
Müşahidəçilərin fikrincə, bu davranışlar təsadüfi deyil. Paşinyan özünü əvvəlki Ermənistan rəhbərlərindən fərqli olaraq müharibə ritorikasından uzaq, “sülh danışan”, kilsənin ekspansionist ideologiyasına açıq şəkildə qarşı çıxan siyasi fiqur kimi təqdim etməyə çalışır. O, “tarixi Ermənistan” xülyalarından – Azərbaycan və Türkiyə torpaqlarına iddialardan – imtina edən, mövcud reallıqlara əsaslanan “real Ermənistan” anlayışını önə çəkir. Bayram ovqatı, kütlə ilə birbaşa təmas, səmimi görüntülər də bu imicin tərkib hissəsi kimi qiymətləndirilir.
Bu prosesin arxa planında isə 2026-cı ildə keçiriləcək parlament seçkiləri dayanır. Rusiya yönlü müxalifətin və kilsə mərkəzli siyasi qrupların hələlik Paşinyana real alternativ təqdim edə bilməməsi baş nazirə müəyyən rahatlıq verir. O, bu rahatlığı həm siyasi ritorikada, həm də ictimai davranışlarında açıq şəkildə hiss etdirir. Lakin seçkilərə qədər hələ aylar var və qarşı tərəfin hansı addımları atacağı sual olaraq qalır.
Bir məqam isə dəyişməz olaraq qalır: Ermənistan cəmiyyətində baş verən bu transformasiyanın əsas səbəblərindən biri regionda yaranmış yeni reallıqlardır. Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə, “dəmir yumruq”la formalaşan hərbi-siyasi balans erməni cəmiyyətini öz real gücünü və qarşısındakı təhlükələri dərk etməyə vadar edib. Məhz bu reallıq fonunda kilsənin illərlə formalaşdırdığı ekspansionist ideologiyanın Ermənistan üçün ən böyük daxili risk olduğu daha aydın görünməyə başlayıb.
Bu baxımdan, Paşinyanın sevincli, bəzən hətta qəribə görünən davranışları təkcə şəxsi xarakter məsələsi deyil. Bu, həm də Ermənistan cəmiyyətinə verilən mesajdır: müharibə ritorikasından uzaq, reallıqlarla barışan, daxili düşmənçilik ideologiyalarını kənara qoymağa çalışan yeni siyasi xəttin nümayişi. Sosial şəbəkələrdə yayılan “atılıb-düşən Paşinyan” videoları da məhz bu xəttin vizual simvoluna çevrilir. (Musavat.com)
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://bizim.media
archiveBu xəbər 29 Dekabr 2025 05:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri