Icma.az
close
up
RU
Ağıllı dərman xərçəngə qalib gəlirmi?

Ağıllı dərman xərçəngə qalib gəlirmi?

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elm inkişaf etdikcə əsrin bəlası hesab ediən xərçəng yalnız müalicə edilə bilən deyil, həm də daha yaxşı nəzarət və idarə olunan bir xəstəliyə çevrilib. İldən ilə xərçəng xəstələri üçün müalicə protokoluna daha ümidverici inkişaflar yaranır. Yaxın keçmişdə xərçəng müalicəsi əsasən cərrahiyyə, kimyaterapiya və radioterapiya ilə məhdudlaşırdı. Lakin son 10-15 ildə xərçəng biologiyasının daha yaxşı tədqiq edilməsi ilə müalicə yanaşması kökündən dəyişib.

Hər xəstəyə eyni müalicəni tətbiq etmək əvəzinə, indi xəstənin şişinin genetik və molekulyar xüsusiyyətlərinə uyğun olaraq fərdiləşdirilmiş müalicə üsulları tətbiq edilir. Bu yanaşma həm müalicənin effektivliyini artırır, həm də lazımsız yan təsirləri azaldır.

Son illərdə xərçəng müalicəsində ən vacib inkişaflardan biri immunoterapiyadır. Bu müalicə üsulu xərçəng hüceyrələrini birbaşa hədəf almaq əvəzinə, immun sisteminin xərçəngi tanımasına və məhv etməsinə imkan verir. Ağciyər xərçəngi, melanoma, böyrək xərçəngi, sidik kisəsi xərçəngi və bəzi süd vəzisi xərçəngi tiplərində qalıcı nəticələr əldə edilə bilər. Bu vəziyyət "uzunömürlülük" anlayışını xərçəng müalicəsində real bir məqsədə çevirib.

Son illərdə elmin sürətli inkişafı hədəflənmiş və ağıllı terapiyaların daha ağır mərhələ xərçənglərində yeni müalicə variantları yaratmasına imkan verir. Hədəflənmiş terapiyalar bütün bədənə təsir etmək əvəzinə, yalnız xərçəng hüceyrəsini hədəf alır. Antikor və ya ağıllı dərman adlandırılan bu vasitə birbaşa xərçəng hüceyrəsinə çatır, sağlam toxumalara mənfi təsirlərin qarşısını alır, müalicədə effektivliyi artırır və yan təsirləri azaldır.

Bu müalicələr sayəsində əvvəllər məhdud müalicə variantları olan bir çox xəstə üçün yeni şans yaranıb, döş, ağciyər, mədə və ginekoloji xərçənglərdə sağ qalma və həyat keyfiyyətində yüksəliş əldə edilib. Hədəflənmiş immunoterapiya son 10 ilin ən innovativ müalicə üsullarından biri olub. Bu dərmanlar eyni vaxtda iki fərqli hədəf götürür, immun hüceyrələrini birbaşa xərçəng hüceyrəsinə yönəldir, şişlə immun sistemi arasındakı məsafəni aradan qaldırır və məhdud müalicə variantları olan xəstələrdə belə effektiv nəticələr verir. Xüsusilə hematoloji xərçənglərdə və toxuma şişlərdə yeni ümid olması daha çox xəstənin sağlamlığına qovuşması deməkdir.

Unutmayaq ki, xərçəng xəstəliklərinin böyük hissəsi ətraf mühit amilləri və sağlam olmayan həyat tərzi ilə əlaqələndirilir. Bu risklərin azaldılması xərçəngə tutulma riskinin azalmasına səbəb ola bilər. Xərçəng riskini azaltmaq üçün alkoqol, elektron siqaret, tütün məhsullarından uzaq olmaq vacibdir. Hava çirkliliyinə, siqaret tüstüsünə, zəhərli qazlara, kimyəvi boyalara məruz qalmaq, tikinti və sənaye mühitlərində qoruyucu maska ​​taxmamaq da xərçəng təhlükəsi yaradır.

Emal olunmuş qidalardan imtina etmək, yuma prosesində meyvə-tərəvəzlərin pestisidlərdən tamamilə təmizləndiyinə əmin oldduqdan sonra istehlak etmək lazımdır. Çılpaq əllərlə kimyəvi maddələrə, təmizləyici və yuyucu vasitələrə təmas olmaz. Sağlam qidalanma, müntəzəm məşq, kifayət qədər yuxu və stressin idarə olunması kimi sağlam həyat tərzi vərdişləri də xərçəngə məru qalmaqdan qoruyan əsas şərtlərdir.

Lalə Mehralı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Fevral 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see599

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see312

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see301

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see294

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see291

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see289

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see279

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see261

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see256

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see248

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see245

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see236

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see231

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see231

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see226

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see225

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see225

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see223

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri