Icma.az
close
up
RU
Ağız təmizliyində sarımsaq satışdakı qarqara vasitələrindən daha təsirlidir ARAŞDIRMA

Ağız təmizliyində sarımsaq satışdakı qarqara vasitələrindən daha təsirlidir ARAŞDIRMA

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeni elmi araşdırma sübut edir ki, sarımsaq ekstraktı ağız sağlığında "qızıl standart" sayılan kimyəvi tərkiblərlə rəqabət apara bilər. Üstəlik, sarımsaq antibiyotik müqaviməti riskini də azaldır.

Milli.Az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Şarja Universitetinin tədqiqatçıları sarımsağın bakteriyalarla mübarizə qabiliyyətini araşdırıblar. "Journal of Herbal Medicine" jurnalında dərc olunan nəticələrə görə:

Sarımsaq ekstraktlı məhlullar diş çürüməsinə səbəb olan Mutans Streptococci bakteriyasını yox etməkdə hazırda istifadə edilən xlorheksidin əsaslı qarqaralardan daha effektivdir.

3%-lik konsentrasiyaya çatdıqda sarımsaq bazardakı ən güclü kimyəvi təmizləyiciləri üstələyir.

Alimləri bu araşdırmaya sövq edən əsas amil kimyəvi qarqara vasitələrinin (xüsusən xlorheksidin) yan təsirləridir:

Uzunmüddətli istifadə dişlərdə qalıcı ləkələr yaradır.

Antibiyotik müqaviməti - bakteriyalar zamanla bu kimyəvi maddələrə qarşı dözümlülük qazanır ki, bu da qlobal sağlamlıq üçün ciddi təhlükədir.

Roma, Misir və Çin kimi qədim sivilizasiyalarda sarımsağın dərman kimi istifadə edilməsinin sirri onun tərkibindəki alisin birləşməsidir. Sarımsaq əzildikdə və ya doğrandıqda ortaya çıxan bu maddə bakteriyaların çoxalmasını dayandırır və hüceyrə stressini azaldır.

Təbii ki, sarımsaqdan istifadənin bəzi çətinlikləri də var. Tədqiqatda iştirak edənlər aşağıdakı hallardan şikayət ediblər:

Kəskin dad və ağız qoxusu; Ağızda acı/ədviyyatlı yanma hissi.

Mütəxəssislər qeyd edirlər ki, dişlərin ləkələnməsi kimi qalıcı fəsadların yanında bu yan təsirlər "yüngül" hesab olunsa da, insanların ağız qoxusuna görə bu üsulu qəbul edib-etməyəcəyi hələ də müzakirə mövzusudur.
Lalə Qüdrətova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 28 Dekabr 2025 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri