Icma.az
close
up
RU
Ağlayanın qəhrəman olması...

Ağlayanın qəhrəman olması...

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Gözlənilən oldu: “Neftçi” ölkə kuboku uğrunda mübarizəni dayandırdı.

Düzdü, Masazırdakı oyun bərabərlilə bitdi. “Neftçi” özünü hələ doğma meydanda keçirilən ilk oyunda çətin vəziyyətə salmış, finala yüksəlmək şanslarını azaltmışdı. “Ağ-qaralar”ın vəziyyəti öz xeyrinə dəyişməsi heç də asan görünmürdü. “Sabah” bu mövsüm elə də uğurlu çıxış etməsə də, “sülhsevərliyi” ilə ad çıxarıb. Yetərincə böyük büdcəyə, geniş heyətə malik Masazır təmsilçis asanlıqla məğlub olmur, qalib gələ bilmədiyi oyunlarda uduzmamağı da bacarır. Heç də təsadüfi deyil ki, “bayquşlar” bu mövsüm ölkə çempionatında keçirdiyi 31 oyunun 15-də meydandan “sülh”lə ayrılıb. Bu göstərici ondan xəbər verirdi ki, “Neftçi”nin Masazırda “Sabah”ı məğlub etməsi icrası çətin olan tapşırıq idi. Şansları ilk oyunda qorumaq, bunun üçün ən azı məğlub olmamaq lazım idi ki, “Neftçi” bunu bacarmadı.
“Qatar gedəndən sonra” Samir Abasov çox şeydən danışa bilər. Deyir ki, ilk hissədə yaxşı oynamışdıq. Amma futboldan az-çox baş çıxaran hər kəs gördü ki, “Sabah” 1-ci hissədə riskə getmir, qol vurmaq üçün irəli atılmaq istəmirdi. Onsuz da qol vurmaq “Neftçi”yə vacib idi. Meydan sahibləri də bunu bildiyindən öz məqamını, təzyiq altında oynayan “ağ-qaralar”ın səhvə yol verməsini gözləyirdi. Bununla yanaşı, həm də “Sabah” “Neftçi”ni yorur, onun gücünü azaldırdı. Heç kimə sirr deyil ki, “Neftçi”nin futbolçuları fiziki cəhətdən elə də güclü deyil. Bunu hələ xeyli müddət öncə Emin Mahmudovun özü də etiraf etmişdi. Komandanın lider futbolçularının əksəriyyəti yaşı 30-u çoxdan haqlamış “veteranlardı”. Onlarla 90 dəqiqə eyni tempdə oynamaq, rəqibi daim təzyiq altında saxlamaq mümkün deyil. Necə ki, “Neftçi” bunu bacarmadı.
Samir Abasovun dediyi “fasilədə bir çox futbolçu əvəzlənməsini istəyirdi” sözü də bunun göstəricisidi. Fiziki və psixoloji gərginlikdən əziyyət çəkən futbolçular 90 dəqiqə meydanda can qoymaq fikrində deyildi. Özləri də yaxşı başa düşürdülər ki, komanda hesabda geri düşmədən meydandan çıxsalar, əvəzlənsələr, həm də məsuliyyətdən yaxa qurtarmış olacaqlar. Yəni “Neftçi”nin ilk 45 dəqiqəni “Sabah”la müqayisədə yaxşı görünməsinin, hücuma daha çox meyl göstərməsinin səbəbi budu. “Sabah” qarşıya qoyulan məqsədin öhdəsindən artıqlamasıyla gəldi. Həm rəqibini yorub əldən saldı, həm də hesabı açan tərəf olmaqla “Neftçi”nin psixoloji yükünü daha da artırmış oldu. “Neftçi”nin bu yükün altından çıxması inandırıcı deyildi. Dəqiqələr irəlilədikcə komanda həm daha çox yoruldu, həm də tələsməyə başladı ki, bu da “oyunun ipi”nin meydan sahiblərinə keçməsiylə nəticələndi.
İndi Samir bəy məsuliyyətən qurtulmaq üçün “komandanı biz yığmamışıq, bizim əsərimiz deyil” deyə bilər. Amma bu sözlər ucuz bəhanədən başqa bir şey deyil. Abasov məhz özünün olmayan əsərə başçılıq etmək üçün bir gecədə “Sumqayıt”ı atıb, “Neftçi”yə gəldi. Bu futbolçuları o yığmasa da, onun əsəri olmasa da, onu “Neftçi”yə gətirənlərin əsəridi. Məgər “Neftçi”yə futbolçuları biz transfer etmişik? Heç ondan əvvəlki çalışdırıcı Roman Qriqorçuk da etməyib. Bu transferlərin hamısını Cenk Sümərlə Kamil Məmmədov seçib-bəyənib, “Neftçi”yə gətiriblər. Elə bu futbol fəlsəfəsi, qazanc hərisliyi Samir Abasovu “Neftçi”nin baş məşqçisi edib.
Görünən odu ki, Samir Abasov daşıya bilməyəcəyi yükün altına çiyinlərini verib. Ramil Şeydayev, Emin Mahmudov, Ağadadaş Salyanski, Filipp Ozobiç, sayı-hesabı bilinməyən legionerlər... Oktyabrdan bəri onların fiziki durumunu qaydaya salmaq, mövsümün ən vacib oyununda 90 dəqiqə dözməyi öyrətmək mümkün olmadı? Özü də “Sabah” da aşağı-yuxarı “Neftçi”nin səviyyəsindədi. Heç də təsadüfi deyil ki, bu komandalar turnir cədvəlində də qonşudu. Çox yaxın keçmişdə “Sabah”ı “Kəpəz”, “Şamaxı” belə məğlub edib. Amma “Neftçi” bunu bacarmadı.
Təəssüf ki, hələ də hadisələrə açıq gözlə baxmağı bacarmayanlar, bəhanələrə, nağıllara inanlar var. Elə həmin adamlar da Masazırda meydanı başıaşağı tərk edən Emin Mahmudovu qəhrəman sayır. Guya məğlubiyyətdən sonra Mahmudov qazonu gülə-gülə tərk etməliymiş. Emin də, Ramil də Azərbaycanın ən yüksəködənişli futbolçularındandı. Aldıqlarının müqabilində nə ediblər? Ağlayanı, sızlayanı, şikayət edəni, bəhanə gətirəni qəhrəman etmək vərdişimizdən əl çəkmədikcə, belələri də artacaq, varlanmağa, azarkeşləri üzməyə davam edəcəklər.
AMAL

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Aprel 2025 22:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see942

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see400

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see351

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see339

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see316

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see309

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see271

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see269

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see250

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see184

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri