Icma.az
close
up
RU
Ağrılar arxada qalıb Kəpəzin zədəli futbolçusu

Ağrılar arxada qalıb Kəpəzin zədəli futbolçusu

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Müalicəm 4 gündür başlayıb. Özümü çox yaxşı hiss edirəm. Müalicə prosesi bitəndən sonra yüngül halda fiziki məşqlərə start verəcəm”.

QOL.az xəbər verir ki, bu sözləri "Kəpəz"in zədəli futbolçusu Elmir Tağıyev klubun mətbuat xidmətinə açıqlamasında bildirib. 

Bir müddət öncə İstanbulda cərrahiyyə əməliyyatı olunub vətənə dönən yarımmüdafiəçi tezliklə sıraya dönəcəyinə inandığını deyib: “Türkiyədə həkim bildirdi ki, əməliyyat çox yaxşı keçib. Narahat olmağa dəyməz. Əməliyyatdan sonra mənə tövsiyələrini verdi. Bərpa prosesində nələrə diqqət etməli olduğumu söylədi. Əsas olan odur ki, ağrılar arxada qalıb. Yavaş-yavaş yaxşılığa doğru düzəlirəm”. 

Tağıyev oyunlar üçün darıxdığını söyləyərək qısa bir zamanda meydanlara dönmək istədiyini diqqətə çatdırıb: “İnanın ki, meydanda məşqlərə başlayacağım günü səbrsizliklə gözləyirəm. Açığı, futbolsuz çox darıxıram. Ona görə bərpa müddətini çox ciddi keçirirəm ki, ən tez müddətdə sıraya qayıda bilim. Həkimlərin tapşırığı əsasında çalışıram.

Vəziyyətimə baxmayaraq komandanın oyunlarını diqqətlə izləyirəm. Şükür ki, sonuncu pillədən qurtula bildik. İnşallah, daha da yuxarı qalxmaq imkanımız olacaq. Komandanın son oyunları göstərir ki, inkişaf var. Ümid edirəm göstərdiyimiz oyunla daha yaxşı nəticələr qazanacağıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://qol.az
archiveBu xəbər 14 Dekabr 2024 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri