Icma.az
close
up
RU
Ağstafa Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib FOTOLAR

Ağstafa Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Ağstafa Rayon Ağsaqqallar Şurasının fəaliyyətinə dair hesabat konfransı keçirilib. 

"Unikal" xəbər verir ki, Ağstafa RİH başçısı aparatının inzibati binasında keçirilən tədbirdə RİH başçısı Seymur Orucov, Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, rayon Ağsaqqallar Şurasının üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ağstafa şəhəri, Heydər Əliyev adına istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Konfransda Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra giriş nitqi söyləyən Seymur Orucov qeyd edib ki, cəmiyyətdə hər zaman ağsaqqallara xüsusi diqqət göstərən, onları Azərbaycanın milli-mənəvi dəyərləri kimi yüksək qiymətləndirən Ulu Öndərin qayğısı hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov çıxış edərək ağsaqqalların cəmiyyətin həyatında proseslərin tənzimlənməsində xüsusi rolundan danışıb. Sədr müavini gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.

Sonra Rayon Ağsaqqallar Şurasının sədr müavini Cəmaləddin Rzayev illik hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, rayon Ağsaqqallar Şurasının bütün üzvləri rayonumuzun ictimai-siyasi həyatında yaxından iştirak edir, gənc nəslin milli-mənəvi dəyərlərə və doğma Vətənimizə hörmət ruhunda formalaşdırılması işinə əllərindən gələni əsirgəmirlər.

Rayon ziyalıları Gülgün Kərimov, Qurban Həmidoğlu, Nəriman Mehdiyev, Nizami Əfəndiyev və Fəxrəddin Fəxiyev çıxışlarında ağsaqqalların respublikanın, o cümlədən rayonun ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli roludan söz açıb, ölkəmizdə ağsaqqallara göstərilən yüksək diqqətə, ölkəmizin bütün sahələrində əldə olunan yüksək nəaliyyətlərə, höküm sürən ictimai-siyasi sabitlik və əminəmanlığa görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Təşkilati məsələlər müzakirə olunaraq Ağsaqqallar Şurasının fəaliyyəti qənaətbəxş hesab olunub. Konfrans işinə uğurla yekun vurub.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 May 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see180

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see159

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see157

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see136

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see134

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri