Icma.az
close
up
RU
Zəngilan Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

Zəngilan Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Abşeron rayonu Masazır qəsəbəsində zəngilanlı məcburi köçkünlər üçün salınan şəhərcikdə Zəngilan Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının və ötən dövr ərzində dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda çıxış edən Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov ağsaqqal sözünün, nəsihətinin əhəmiyyətindən danışıb.

Zəngilan əhalisinin, eləcə də ağsaqqallarının məcburi köçkün həyatı yaşadıqları dövrdə nümayiş etdirdikləri yüksək vətənpərvərlik ruhundan və onların Azərbaycanın  tərəqqisi naminə həyata keçirdikləri  aktiv fəaliyyətdən  bəhs edib. Növbəti tədbirlərin Zəngilanda keçirilməsi arzusu ilə konfransın işinə uğurlar arzulayıb.

Sonra Zəngilan Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Vurğulayıb ki, 30 ildən çox davam edən Ermənistanın işğalı nəticəsində öz ev-eşiklərindən didərgin düşən Zəngilan sakinləri, eləcə də ağsaqqallar daim dövlətə, dövlətçilyə sadiq olublar, ölkəmizin inkişafına xidmət ediblər. 

Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov bildirib ki, biz xoşbəxt xalqıq, çünki Ulu Öndər Heydər Əliyev kimi çox müdrik ağsaqqalımız olub və hazırda da bu dahi şəxsiyyətin ali ağsaqqallıq missiyasını, ideyalarını yaşadan yüksək intellektli, güclü, qətiyyətli dövlət başçımız – cənab İlham Əliyev kimi qüdrətli Prezidentimiz var. Natiq, həmçinin, mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Laçında keçirilən görüşü -  üç qardaş ölkənin bütün dünyaya nümunə olacaq zirvə görüşü adlandırıb, bu strateji birliyin  böyük siyasi və tarixi əhəmiyyətindən bəhs edib. Çıxışının sonunda vurğulayıb ki, biz, ağsaqqallar gənclərimizi daim maarifləndirərək zərərli vərdişlərdən çəkindirməli, onlara ölkəmizin qazandığı uğurların, eləcə də müstəqilliyimizin və suverenliyimizin dəyərini başa salmalıyıq. 

Tədbirdə Bayram Yusifov uzunmüddətli səmərəli fəaliyyəti ilə xalqımıza göstərdiyi dəyərli xidmətlərə görə və 85 illik yubileyi münasibətilə Xuduş İsgəndərovun Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyəti  tərəfindən Fəxri fərmanla təltif edildiyini vurğulayaraq onu yubilyara  təqdim edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 May 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri