Icma.az
close
up
RU
Sabirabad rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib FOTOLAR

Sabirabad rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Yanvar ayının 28-də Sabirabad Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

"Unikal" xəbər verir ki, konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, YAP Sabirabad rayon təşkilatının sədri Rüstəmov Varis, Azərbaycan ağsaqqallar, ziyalılar, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov konfransda çıxış edərək bildirib ki, Azərbaycan Ağsaqqallar Şurasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı bağlıdır. Natiq bildirib ki, Ulu Öndərin ağsaqqallara böyük etibarı və etimadı var idi. Hazırda bu diqqət və qayğı möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Möhtəşəm Zəfərimizdən, torpaqlarımızın azad edilməsindən də söz açan Əhliman Əmiraslanov vurğulayıb ki, bu gün biz Azərbaycanın şərəfli dövrünü yaşayırıq, bütün dünyada başıuca, alnıaçıq gəzirik. Biz hər birimiz ərazi bütövlüyümüzün bərpa edilməsi, Azərbaycanın inkişafı ilə bağlı bu reallıqları dərk etməliyik və gənclərə də izah etməliyik ki, ölkəmiz hansı ağır, çətin günlərdən keçərək hazırkı tərəqqi dövrünə gəlib çatıb. Əhliman müəllim, həmçinin, cəmiyyətimizdəki problemlərdən –, boşanmaların sayının artmasından, erkən nikahlardan, o cümlədən yaxın qohumlar arasındakı nikahlardan və bunların fəsadlarından, habelə əsrimizin bəlası olan narkomaniyaya aludəçilikdən də ətraflı söz açaraq, ağsaqqalların bu nöqsanların, problemlərin aradan qaldırılmasında daha aktiv iştirak etmələrinin zəruriliyini vurğulayıb. Sonda natiq Sabirabad Rayon Ağsaqqallar Şurasının fəaliyyətini yüksək dəyərləndirərək əmin olduğunu bildirib ki, ölkəmizin ictimai-siyasi və mədəni həyatında hər zaman yaxından iştirak edən ağsaqqallar bundan sonra da öz fəallıqları ilə fərqlənəcəklər və dövlətimizə, dövlətçiliyimizin inkişafına xidmət edəcəklər.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov öz çıxışında  Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovu və digər konfrans iştirakçılarını salamlayıb və bu tədbirdə iştirak etməkdən məmnun olduğunu bildirib. Sabirabad rayonu haqqında məlumat verən natiq vurğulayıb ki, dəfələrlə bu rayonda olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində rayonda  davamlı abadlıq-quruculuq işləri, yeni layihələr həyata keçirilir, parklar, abad məhəllələr tikilib istifadəyə verilir. Siraqəddin Cabbarov həmçinin, ağsaqqalların rayonun ictimai-mədəni həyatındakı aktiv fəaliyyətindən, onların dəyərli məsləhətlərinə, nəsihətlərinə hər zaman ehtiyacın olmasından danışıb. Vurğulayıb ki, ağsaqqallar hamımızın ümid yeridir. Biz onların təcrübəsindən hər zaman bəhrələnəcəyik. Çıxışının sonunda o, konfransın işinə uğurlar arzulayıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://unikal.az
archiveBu xəbər 28 Yanvar 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see326

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see272

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see188

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see185

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see167

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see167

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see156

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see153

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see148

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see148

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri