Icma.az
close
up
RU
Ağstafada 1969 cu ildən başlanan memarlıq yolu xatırlandı…

Ağstafada 1969 cu ildən başlanan memarlıq yolu xatırlandı…

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

     Tarixdə elə günlər var ki, onların əhəmiyyəti yalnız həmin dövrün çərçivəsində qalmır. İllər keçir, nəsillər dəyişir, amma o günün təsiri ölkənin taleyində yaşamaqda davam edir. 14 iyul 1969-cu il də Azərbaycanın tarixində məhz belə günlərdəndir.
    Həmin gün Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsi ilə ölkənin həyatında yeni inkişaf mərhələsinin əsası qoyuldu. Sonralar “Böyük Quruculuq Missiyası” adlandırılan bu yol təkcə iqtisadi yüksəlişlə deyil, milli memarlığın, şəhərsalmanın, mədəniyyətin və dövlətçilik təfəkkürünün yenidən formalaşması ilə yadda qaldı.
     2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq “Böyük Quruculuq Missiyası: 1969-cu ildən başlayan memarlıq yolu” mövzusunda keçirilən tədbirdə də məhz bu tarixi yol bir daha xatırlandı.
     Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi.
     Tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov qeyd etdi ki, Heydər Əliyev memarlığa sadəcə bina tikintisi kimi baxmırdı. Onun yanaşmasına görə, memarlıq xalqın tarixini, milli kimliyini və mənəvi dəyərlərini gələcək nəsillərə çatdıran ən mühüm vasitələrdən biridir. Məhz buna görə də sovet dövrünün ideoloji məhdudiyyətlərinə baxmayaraq, milli memarlıq ənənələrinin qorunmasına və müasir üslubla inkişaf etdirilməsinə xüsusi diqqət yetirilirdi.
     Çıxışda vurğulandı ki, əsası 1969-cu ildə qoyulan həmin quruculuq məktəbi bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyub. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri həmin siyasi kursun müasir dövrdə uğurlu davamıdır. Şuşadan Ağdama, Füzulidən Laçına, Kəlbəcərdən Xankəndiyə qədər aparılan quruculuq işləri Azərbaycanın milli memarlıq ənənələrinin yeni dövrə uyğun inkişafının parlaq nümunəsi kimi dəyərləndirilir.
     Tədbirdə Dağ Kəsəmən kənd 2 nömrəli tam orta məktəbin direktoru Vüsal Həsənov, Ağstafa Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin əməkdaşı Murad Babakişiyev və Ağstafa rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Turan Hüseynov da çıxış edərək 1969-cu ildən başlanan inkişaf strategiyasının ölkəmizin memarlıq tarixində və şəhərsalma siyasətində yaratdığı dönüşdən, bu irsin bu gün də uğurla davam etdirilməsindən bəhs etdilər.
     Tədbir bir daha göstərdi ki, yarım əsrdən artıq əvvəl əsası qoyulan quruculuq fəlsəfəsi bu gün də yaşayır. Azərbaycanın şəhərlərində, kəndlərində, yollarında, körpülərində, məktəblərində, xəstəxanalarında və xüsusilə azad olunmuş torpaqlarda həyata keçirilən nəhəng layihələr həmin böyük yolun davam etdiyini əyani şəkildə nümayiş etdirir. Bu yolun başlanğıcı 1969-cu ildə qoyulub, davamı isə müasir Azərbaycanın simasında hər gün yenidən yazılır.
     

 Hamlet Qasımov,
XQ-nin Gəncəbasar müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 İyul 2026 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri