Ağstafada piyadanı maşın vurub
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ağstafada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Ağstafa şəhərin mərkəzində qeydə alınıb.
1986-cı il təvəllüdlü Y.Mirəliyev yolu keçmək istəyərkən minik avtomobili onu vurub.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info

