Ağstafada region gənclərinin konfransı keçirildi Fotolar
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenliyimizin qorunmasında ordumuzun rolu” mövzusunda region gənclərinin konfransı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, “N” saylı hərbi hissənin əsgər və zabit heyəti, Ağstafa, Gədəbəy, Şəmkir, Tovuz, Qazaxdan olan gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb. Daha sonra iştirakçılar Qazax, Ağstafa, Tovuz Gənclər Evləri SXM-nin birgə təşkil etdiyi sərgi ilə tanış olublar.
Konfrans Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Seymur Orucov və digər natiqlər Konstitusiyanın dövlətin hüquqi-siyasi təməli və ordunun suverenliyin qorunmasında mühüm rolundan danışıblar. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi zamanı ordumuzun qəhrəmanlığı nəticəsində ölkəmizin suverenliyi bərpa olunub.
Tədbir gənc ifaçıların vətənpərvərlik mahnıları ilə davam edib, sonda iştirakçılarla xatirə şəkli çəkdirilib.






Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 24 İyun 2025 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















