Icma.az
close
up
RU
Ağstafada təhsil işçilərinin sentyabr konfransı keçirildi Fotolar

Ağstafada təhsil işçilərinin sentyabr konfransı keçirildi Fotolar

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Ağstafa rayon Heydər Əliyev Mərkəzində rayonun təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfransda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, təhsil müəssisələrinin rəhbərləri, eləcə də rayonun təhsil işçiləri iştirak ediblər.

İlk olaraq iştirakçılar Mərkəzin önündə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Konfrans işinə başlamazdan əvvəl Dövlət himni səsləndirilib, Ümummilli Liderin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Konfransı giriş sözü ilə açan Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə Təhsil sektorunun müdiri Mədəd Zeynalov hesabat məruzəsi ilə çıxış edib. 2025-2026-ci tədris ilində Ağstafa rayonu üzrə Təhsil sektorunun fəaliyyət istiqamətləri üzrə gördüyü işlər haqqında ətraflı məlumat verib, islahatların tətbiqi vəziyyətindən danışıb, növbəti tədris ili üçün təhsil işçiləri qarşısında duran əsas hədəfləri nəzərə çatdırıb.

Seymur Orucov çıxışında yeni tədris ilində konfrans iştirakçılarına müvəffəqiyyətlər arzu edib, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkənin təhsil sistemində həyata keçirilən uğurlu islahatlardan, maddi-texniki bazanın gücləndirilməsindən, təhsil işçilərinə göstərilən yüksək dövlət qayğısından söz açıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov 2025-2026-cı tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışıb. Konfrans ayrı-ayrı fənlər üzrə panel müzakirələrinin keçirilməsi ilə davam edib. 












Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Avqust 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri