Icma.az
close
up
RU
Ağstafada xəstəxana işçisini necə aldadıblar? 4500 manatlıq dələduzluq

Ağstafada xəstəxana işçisini necə aldadıblar? 4500 manatlıq dələduzluq

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağstafa Rayon Mərkəzi Xəstəxanasının təsərrüfat bacısı dələduzluğa məruz qalıb. 

Qaynarinfo-nun məlumatına görə, Kamilə Alıyeva (şərti) qızını işə düzəltdirmək istəyib. Şəkər xəstəsi olan və bu baxımdan vaxtaşırı Ağstafa Rayon Mərkəzi Xəstəxanasına dərman almağa gələn R.Qəniyev adlı şəxs bu məsələdə ona yardım edəcəyini deyib. Həmin şəxs Kamilə Alıyevaya qızını Ağstafada fəaliyyət göstərən uşaq bağçalarından birinə müəllim vəzifəsinə düzəldəcəyini vəd edib. Bunun müqabilində isə təsərrüfat bacısından 4500 manat alıb. 

Kamilə Alıyeva sonradan aldadıldığını anlayaraq hüquq-mühafizə orqanlarına müraciət edib. R. Qəniyev saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib. 

Cinayət işinə Ağstafa Rayon Məhkəməsində hakim Natiq Abbasovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı R.Qəniyev verilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, Kamilə Alıyıyedan qızını işə düzəltmək adı ilə pul almayıb. Sadəcə zərərçəkmiş vasitəsi ilə nisyə ət alıb. Borcunun da çox hissəsini ödəyib. Hazırda zərərçəkmişə 300 manat borcu qalıb. 

Qarşı tərəf isə R.Qəniyevin ifadəsinin əksinə olaraq onun dələduzluq etdiyini bildirib. 

Məhkəmə R.Qəniyevi 178.1-ci maddədə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilsə də, məsuliyyətə cəlbetmə müddəti ötdüyü üçün ona cəza təyin edilməyib. 

Seyid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Noyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri