Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
Icma.az, Azpost portalına istinadən məlumat verir.
Badamdar–20-ci sahədə sürüşmə sahəsində çatlar genişlənib.
Bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahədə aparılan növbəti monitorinqlər zamanı əvvəl qeydə alınmış nəticələrlə müqayisədə sürüşmə sahəsində çatların bir qədər də genişləndiyi və aktivliyin davam etdiyi müəyyən edilib. Ərazidə vəziyyətin dinamikası izlənilir.
Xatırladaq ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar–20-ci sahədə sürüşmə hadisəsi baş vermişdi. Həmçinin ərazidə olan insanların təhlükəsiz yerə təxliyə edilməsi və yaxınlıqda yerləşən obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə rəsmi müraciət edilib.
Post navigationPrevious: Çay içmək insult və infarkt riskini azaldır – araşdırmanın nəticələri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 20 Noyabr 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















