Ağstafada yanıq xəsarətləri alan yeniyetmə xəstəxanada öldü
Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ağstafada bədbəxt hadisə nəticəsində xəsarət alan 15 yaşlı yeniyetmə ölüb.
AZXEBER.COM "Unikal"-a istinadən xəbər verir ki, dəmiryolu ərazisində vaqonların üzərinə çıxaraq video çəkmək istəyərkən onu elektrik cərəyanı vurub.
Ağır yanıq xəsarətləri alan yeniyetmə xəstəxanaya yerləşdirilib.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 2011-ci il təvəllüdlü şəxs (kişi) 21.08.2026-cı il tarixində saat 23:00 radələrində Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Yanıq xəsarətləri alan şəxsə ilkin tibbi xidmət göstərilib və daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub. Sifətin, boyunun, hər iki yuxarı ətrafların ön və arxa səthlərin III-IV dərəcə elektrotravmalı ağır dərəcəli termiki yanığı diaqnozu təyin edilən şəxsin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 22.08.2026-cı il tarixində saat 20:10 radələrində ölüm faktı qeydə alınıb", - deyə məlumatda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 24 Avqust 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















