Ağzınız tez tez quruyursa... 5 TƏHLÜKƏLİ SƏBƏB
Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.
İnsan kifayət qədər su içir, lakin buna baxmayaraq ağızda daim quruluq hiss edirsə, bu ciddi xəstəliklərə işarə edə bilər.
Saglamolun.az bildirir ki, ilk növbədə bu halda qanda şəkərin səviyyəsini yoxlamaq lazımdır. Ağızda quruluq, keçməyən susuzluq hissi, sidik ifrazının artması, dəridə yaraların gec sağalması, cinsiyyət orqanlarında qaşınma şəkərli diabetin inkişafına işarə edə bilər.
Bundan əlavə ağızda quruluq “zob” xəstəliyi olan tireotoksikozun əlaməti ola bilər. Ağızda quruluqdan əlavə tireotoksikozun digər əlamətləri arasında: əsəbilik, əllərin əsməsi, ürək döyünməsinin artması, çəkinin azalması və s.
Sinir sistemi xəstəlikləri (depressiya, nevroz, Alsheymer xəstəliyi və s.) zamanı da insan ağızda quruluq hiss edə bilər.
Autoimmun xəstəliyi olan Şeqren sindromu ağız və göz quruluğu ilə özünü büruzə verir.
Qanazlığı və vitamin (xüsusilə A vitamini) çatışmazlığı zamanı da digər simptomlarla yanaşı ağızda quruluq ola bilər.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 15 Oktyabr 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















