Icma.az
close
up
RU
AHIL UŞAĞIN ETİRAFLARI

AHIL UŞAĞIN ETİRAFLARI

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bahəddin Həzi

Mən dünyanın mərkəzində doğulsaydım, xoşbəxt uşaqlıq dövrü keçirsəydim, yəqin hər şey başqa cür olardı. Bəlkə tamam başqa biri olardım.

Mən dünyanın mərkəzində doğulsaydım, məsələn, Rudolf Myossbauer, Uolter Kon, Bob Şrifer kimi Nobel laureatlarını yaxından tanıyardım, onda "Fiziklər və liriklər" kitabını yazmaq bəxtəvərliyi də Virtanın qismətinə yazılmazdı. O kitabı elə özüm yazardım.

Ancaq...

Mənim bəxtimə bir aprel günü - ikindi çağında Planetin ucqarında doğulmaq, küskün kənd idilliyasında böyümək, nəmli-qüssəli neft şəhərində yaşlanmaq düşüb.

Deyəsən, bu duyğuya təslim olub, barışmışam da.

..."İnsan təslim olmadıqca, taleyindən güclüdür".

Remarkın sözüdür bu, mənim deyil.

Yox-yox, taleyindən güclü olmaq hara, biz hara?! Biz, Tolstoyun dediyi o "taleyin məğlub etdiyi" həmin bəxtsizlərik. Əyalətdə "bitib", meqapolis "cəngəlliklərində" "çiçəkləyən" hər fağır kənd uşağı kimi bizi də erkən "şaxta" vurdu, tumurcuqlarımız qınında yandı; ömrümüzün yarıkal, yarıcır "meyvə"ləri heç öz qarnımızı doyura bilmədi. O da ola kiməsə pay tutaq. Üstəlik hələ sən qanlı göz yaşında zaman-zaman "yuyunan" "karbohidrogen yarımadası"nın bir küncünə qısılıb qalmısansa...

Axı biz hamımız, dediyim kimi, "qara qızıl"ın başına yığışmışıq. Acı reallıqdır: cəmiyyətin az qala yarısı ölkənin bir ucuna cəmləşib, dirsəkləşə-dirsəkləşə yaşayır. Bax, elə biri özüm.

Mənim üzüm kəndə tərəf idi, ancaq mən hazırlaşıb kəndə köçənə qədər, kənd yerindən qopub, paytaxta sığındı. Sığındı, ancaq sığışmadı. İndi mən odu söndürülmüş ata ocağının külü ilə oynayan yaşlı uşağam.

Həm də tək mən yox.

Bəli, biz - yarım əsr əvvəlin uşaqları - taleyimizdən güclü olmaq istədik. Amma arzulardan çox ağrılarla böyüdük.

Tolstoya və Remarka inansaq, onda sual çıxır: biz kiminlə vuruşduq, harda vurulduq, kimə təslim olduq, kimə əsir düşdük ki, taleyimizə məğlub olduq?!

Hər şey o qədər qarışıq ki! Lüdviq Vitgenşteynin faktlar kaleydoskopu ilə pozitivistlərin hisslər kaleydoskopu arasında sıxışıb qalmışam. "Dağıdıcı" cavanlığımın yaradıcı davamı olmaq istədim; uzun zaman "asi" siyasətlə məsum ədəbiyyatın arasında - bu zalım məngənədə sıxıldım. Mənim ömrümün bir hissəsi bu aralıqda axıb keçdi. Qaynar hadisələrdən başımız ayılmadı, gözümüz açılmadı.

Tarixin təlatümləri doğal kimyamızı pozdu. Baxıram, yaşıdlarımın çoxu mənə indi artıq məzar daşlarından baxır. Yaş nəslimin - zaman ortaqlarımın, ömür şəriklərimin "yarpaq tökümü" erkən başlayıb.

Bundan qorxmaq lazımdırmı?! Yox! Çünki qorxunun heç nəyə və heç kimə faydası yoxdur, olmaz da.

Əslində insan həyatı başından sonuna kimi bioloji kimyadır; təbii-kimyəvi reaksiyalarımız dayandısa, orda bitdik, demək.

Bəli-bəli, bizi hormonlar yönləndirir. Əgər yalnızlıq hiss edirsənsə, dağa-daşa düşmə: səbəb oksitosinin çatışmazlığıdır. Dofamin yoxdursa, heç nəyə həvəsin qalmayacaq. Serotanin düşübsə, inamsızlıq var səndə. Endorfin qıtlığıdırsa, həyatdan doğru-düzgün zövq ala bilməyəcəksən. Əksinə, kortizol normadan yuxarıdırsa, aqressivləşəcəksən...

Bizim bioloji ritmimiz pozulubsa, bunun səbəbləri doğru zamandakı yanlış yaşamdan qaynaqlanır. Etiraf edək: stressli bir ortamın ümidsiz sakinləriyik. Əgər hələ yaşayırıqsa, bu, özü bir uğurdur. Bir də uğurlu yaşaya bilsək, o, artıq həm fərdi, həm ictimai bəxtəvərliyin iki qatıdır.

Amma, bilirsiniz, hər şey bir az qəlizdir. Bax, hamımızın yolu məzarlığa düşür, elə deyilmi? O kədərli məkanda -Ölümün kölgəsində "qulaqbatırıcı" sükutu dinləyirsən, "daşlaşmış" simalara baxırsan.

Məzarlıqlar əslində ölümlərdən də çox, həyatların açıq hava sərgisidir. Tarixlərə göz gəzdirirsən, talelərə qulaq verirsən və düşünürsən, düşünürsən... Həyatda cavan qala bilməyən insanın ölümü xeyli cavanlaşıb. Torpağın üstündə saçı ağaracaq, beli büküləcək, dişi töküləcək bir potensial qoca torpağın altında "cavan qalacaq"; torpağın üstündəki üzü qırışmağa macal tapmamış özü torpağa qarışıb gedəcək.

Bəli, adamlar həyatını yaşamağa vaxt tapana qədər, ölüm cavanlaşır. Bunun da elmi-tibbi sirləri var. Əslində, sən demə, biz öz "ölüm hökmümüzü" özümüz vermişik. Sevgini nifrətlə əvəzləyəndə, gülüşün "rəf"inə qəzəb "düzəndə" öz ömür ağacımızın budaqlarını, budaq nədir, gövdəsini baltalayırıq, kökünü quruduruq.

Elmi-tibbi səbəblər dedim. Akademik Pavlov isbat etmişdi ki, bütün xəstəliklər dağıdıcı fikirlərin və obrazların nəticəsidir. Axı biz bir çox xoşagəlməz xatirələri illərlə içimizdə daşıyırıq, bir çox hallarda acı xatirələrlə şirin xəyallarımızı qamçılayırıq və sonra təəccüblənirik ki, bu xəstəliklər, bu ağrılar hardan əmələ gəldi?! Hərçənd bütün bunların günahkarı elə özümüzük. Öz xəstəliklərimizi, əslində, müəyyən mənada özümüz seçirik. Daha doğrusu, İrvin Devid Yalomun dediyi kimi: "İNSAN ÖZ XƏSTLİYİNİ ÖZÜ SEÇMİR, O, STRESSİ SEÇİR - MƏHZ STRESS XƏSTƏLİYİ SEÇİR..."

Stress biokimyamızın, necə deyərlər, anasını ağlar qoyur. Bunun təsirlərini hiss etməmiz uzun çəkmir. Tutaq ki, qan təzyiqin qalxıbsa, deməli, noradrenalin normadan çox artıb. Yaxud bədənin hansısa bir hissəsində temperatur yüksəlib, qanda şəkər çoxalıb və sair. Çox zaman insandakı fizioloji və psixoloji dəyişmələrə öz həmcinsindən aldığı qara enerji səbəb olur. Orqanizmin doğal kimyası təhtəlşüurdakı xoşagəlməz obraza fərqli formalarda reaksiya verir.. Bu da təbiidir və öldürücüdür.

Yəqin razılaşarsınız: kimdənsə, incimişiksə, bu hiss ən birinci öz orqanizmimizi dağıdır. Çünki incidənin obrazını ürəyimizdə daşıyırıq. İncinmiş adamın gücü və enerjisi, dediyim kimi, təhtəlşüurdakı obrazla mübarizəyə sərf olunur. Bir də baxırsan, heç bir iş görməmisən, artıq... yorulmusan. Heç yaşamağa fürsət tapmamış, artıq yaşlanıb, həyatdan usanmısan. Niyəsi bəllidir: incidənin obrazı ruhu yorur. İnsanda intiqama meyl, revanş ehtiyacı burdan gəlir; itirdiyi yaşama fürsətini başqalarına da haram etmək istəyi yaranır. Daha əvvəl yazmışdım: heç kim uşaqlıqda aldığı travmaları həyata borclu qalmaq istəmir. Bu ehtirasın ilk qurbanı elə insanın özüdür. Deməli, hardasa elə özümüz həm öz qatilimiz, həm də öz qurbanımız oluruq. İnsan cəmiyyətinin ən ağır bəlası, ən dağıdıcı fəsad total sevgisizlik sindromuna yuvarlanmağımız olsa gərək. Total sevgisizlik təkcə insan psixologiyasının deyil, həm fiziologiyasının, biokimyasının qatı düşmənidir.

Xatırlayın, orta məktəbdə kimya dərsində maddələri yanlış qarışdıranda partlayış olurdumu? Olurdu. Yanlış insanlar - kimyasız, yəni sevgisiz birləşəndə partlayış olduğu kimi. Çox birlikdəliklər bu cür yanlış "kimyəvi" reaksiyanın nəticəsində - amansız "partlayış"dan darmadağın olur.

Alfonso Albasetenin "Sevginin kimyası" filmimə yəqin baxmısınız. Eriklə Olinin sevgi romanında əsas fabula bu idi: məhəbbət - kimyadır.

Qarşılıqlı sevgi iki fərqli kimyanın uğurlu reaksiyasıdır. Sevgi də, nifrət də kimyadır deyə yazmışdım bir az əvvəl. Həsəd də kimyadır. Qarşılıqsız sevgi də, qarşılıqlı nifrət də sağlamlığın qənimidir. Çünki qarşılıqsız sevgi və qarşılıqlı nifrət hədsiz stress mənbəyidir; bunlar çağdaş dövrün toplu qətllərinin törədən şəkər və xərçəng xəstəliklərinə səbəb olur. Biz niyə ömür boyu az yaşayıb, çox... "ölürük"? Qarşılıqsız sevgi və qarşılıqlı nifrət erasının çarəsiz bəndələriyik, ona görə.

Zaman keçir, yaş üstünə yaş gəldikcə, xatirələrlə xəyalların savaşında hər gün bir az da uduzuruq. Bir gün ayılıb görürük: bütün hakim yüksəkliklər əldən gedib və biz Hakimin qarşısında - Haqq divanındayıq.

Gəl, indi cavab ver, görüm necə cavab verirsən...

P.S. Bəlkə də çox qarışıq, dolaşıq duyğular, düşüncələrdir bunlar. Altıncı onilliyi tamamladım və bunu həzm etməyə, dərk etməyə çalışıram. Belə nəticəyə gəlirəm: Dünya, doğrudan da, yaşamalı yer deyil artıq. Hər kəs öz içindəki dünyasını "bayır" Dünyadan qorumağa çalışsa, sağ qalacaq və "salamat" öləcək. Bu yaşımda bir daha anladım: şair demiş, bəlkə də biz xoşbəxt ola bilərmişik. Ya da bəlkə elə bu cür xoşbəxtik. Nə bilim.

Bilməyəndə bilmir adam. Altmışa çatmaqla deyil ki!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Aprel 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

03 İyul 2026 14:16see478

AAYDA ya məxsus bu idarələr ləğv olundu

02 İyul 2026 15:38see443

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

03 İyul 2026 01:33see402

Azərbaycan Respublikası Prezidentinin 2006 cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

02 İyul 2026 16:18see321

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

03 İyul 2026 01:42see266

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

03 İyul 2026 15:59see242

İlham Namiq Kamalın oğlu məzun oldu

03 İyul 2026 01:20see212

Ronaldunun bacısı futbolçunun DÇ 2026 dan sonra millidə karyerasını bitirəcəyini deyib

03 İyul 2026 02:41see203

Məşhur Hollivud aktyorları İspaniyaya azarkeşlik ediblər FOTO

03 İyul 2026 01:54see188

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

03 İyul 2026 18:51see185

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

03 İyul 2026 07:01see173

Xameneinin dəfnində Azərbaycandan iştirak edəcək nümayəndə heyəti MƏLUM OLDU

02 İyul 2026 19:25see173

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see172

Saray qəsəbəsi dünəndən sabaha boy atır

03 İyul 2026 00:00see170

DÇ 2026: İspaniya darmadağınla 1/8 finala adladı

03 İyul 2026 01:52see167

Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi

03 İyul 2026 01:56see165

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

04 İyul 2026 03:52see163

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see162

WhatsApp ın yeni username funksiyasını dayandırdılar

03 İyul 2026 04:37see161

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04 İyul 2026 06:44see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri