Icma.az
close
up
RU
Aİ AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNDƏ MÜHÜM DÖNÜŞ Kaya Kallasın Bakıya səfəri yeni fürsətlər yaradır

Aİ AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNDƏ MÜHÜM DÖNÜŞ Kaya Kallasın Bakıya səfəri yeni fürsətlər yaradır

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Bu gün Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycana səfər edib. Səfər çərçivəsində Prezident İlham Əliyev ilə onun görüşü baş tutub və həmçinin xarici işlər naziri Ceyhun Bayramov ilə ikitərəfli əlaqələr üzrə müzakirələr aparılıb.

Görüş zamanı Prezident İlham Əliyev Azərbaycanın Avropa ilə enerji sahəsində mövcud əməkdaşlığını vurğulayıb. O, Cənub Qaz Dəhlizinin 4 ildir fəaliyyət göstərdiyini və Avropanın qaz təchizatında mühüm rol oynadığını bildirib. Azərbaycan hal-hazırda Avropanın 10 ölkəsini qazla təmin edir və bu, ölkənin enerji təhlükəsizliyinə verdiyi töhfəni göstərir.

Bundan əlavə, Prezident qeyd edib ki, bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. Azərbaycanın Xəzər dənizinin Azərbaycan sektorunda zəngin külək enerji resursları vardır və bu sahədə Avropa İttifaqı ilə əməkdaşlıq potensialı yüksəkdir. Azərbaycan, həmçinin, Mərkəzi Asiya ölkələri ilə Transxəzər enerji dəhlizinin inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyev ölkənin Gürcüstan, Rumıniya, Macarıstan və Bolqarıstanla birgə həyata keçirdiyi enerji layihələrinə də toxunub.

Xarici işlər naziri Ceyhun Bayramov isə K.Kallasla Aİ ilə münasibətlərin mövcud vəziyyətini və gələcək perspektivlərini müzakirə edib. O, qeyd edib ki, Azərbaycan və Aİ arasında münasibətləri tənzimləyən hüquqi baza 1990-cı illərə dayanır və 2017-ci ildən yeni hərtərəfli saziş üzrə danışıqlar başlanıb. Artıq saziş üzrə 90%-ə qədər razılıq əldə olunub, lakin bəzi məsələlər hələ açıq qalır. Bu məsələlərin həlli üçün tərəflər əməli addımlar atacaqlar.

Kaya Kallasın səfəri, həmçinin Avropa İttifaqı ilə Azərbaycanın enerji və strateji əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün bir fürsət yaradır. Tərəflər arasındakı münasibətlərin daha da dərinləşməsi və yeni müsbət layihələrin həyata keçirilməsi gözlənilir.

Qeyd edək ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında münasibətlər son onillikdə təkcə enerji sahəsi ilə məhdudlaşmır. Qlobal geosiyasi dəyişikliklər, Rusiya-Ukrayna müharibəsi, Cənubi Qafqazda yeni reallıqlar və “yaşıl keçid” prioritetləri bu münasibətləri daha çox rəqəmsal transformasiya, nəqliyyat-logistika və təhlükəsizlik əməkdaşlığı səviyyəsinə daşıyır. Bununla belə, münasibətlərdə bəzən ikili yanaşmalar, siyasi prioritetlərə dair fərqlər də özünü göstərir.

Azərbaycan Aİ-nin ən mühüm qaz təchizatçılarından biri kimi tanınır. Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Xəzər qazı Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılır. Xüsusilə Rusiya ilə enerji əməkdaşlığının azaldılması fonunda Azərbaycanla əməkdaşlıq Avropanın enerji siyasətində strateji rol oynamağa başlayıb.

2022-ci ilin iyul ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında Enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalanıb. Sənədə əsasən, 2027-ci ilə qədər Azərbaycanın Avropaya qaz ixracını illik 20 milyard kubmetrə çatdırması planlaşdırılır. Bu proses İtaliya, Bolqarıstan, Yunanıstan, Macarıstan kimi ölkələr üçün enerji şaxələndirilməsi baxımından həyati əhəmiyyət kəsb edir.

1996-cı ildən qüvvədə olan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi artıq müasir dövrün reallıqlarına cavab vermir. 2017-ci ildən etibarən tərəflər yeni hərtərəfli saziş üzrə danışıqlar aparırlar. Bu sənəd yalnız enerji deyil, ticarət, rəqəmsal inkişaf, kənd təsərrüfatı, nəqliyyat, ekoloji sabitlik və insan haqları kimi sahələri də əhatə edir.

Lakin Aİ-nin bəzi institutlarının (xüsusən Avropa Parlamenti) erməni mərkəzli yanaşması, bu kontekstdə qəbul etdiyi qətnamələr danışıqlarda müəyyən gərginliklər yaradır. Azərbaycan tərəfi əməkdaşlığın qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsipi əsasında qurulmasını vacib sayır.

Onu da qeyd edək ki, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır – ümumi xarici ticarətin yarıdan çoxu Aİ ölkələrinin payına düşür. İxracın əsasını neft və təbii qaz təşkil edir. İdxal isə əsasən avadanlıq, maşınqayırma məhsulları, dərman preparatları və ərzaq məhsullarıdır. Aİ həm də Azərbaycanda rəqəmsallaşma, kənd təsərrüfatı islahatları və təhsil sahəsində texniki yardım proqramları həyata keçirir. Müxtəlif beynəlxalq layihələr çərçivəsində yüzlərlə tələbə və tədqiqatçı Avropa universitetlərində təhsil alır və birgə elmi əməkdaşlıqlarda iştirak edirlər. Vurğulamaq lazımdır ki, Avropa İttifaqı Azərbaycanı Çin–Avropa Orta Dəhlizinin əsas iştirakçısı və tranzit ölkə kimi dəstəkləyir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Limanı və Zəngəzur dəhlizinin perspektivi Aİ üçün Rusiya və İran üzərindən keçməyən alternativ marşrut anlamına gəlir. Aİ bu dəhlizi “Global Gateway” təşəbbüsünə daxil etməklə Azərbaycanın tranzit roluna strateji baxış sərgiləyir. Bu kontekstdə Azərbaycan–Aİ əlaqələri enerji qədər nəqliyyat sektorunda da dərinləşməkdədir.

Təhlükəszilik sahəsində ikitərəfli əməkdaşlığa gəlincə, Azərbaycan və Aİ arasında bu sahədə əməkdaşlıq olsa da, münasibətlər ehtiyatlı və məhdud səviyyədədir. 2020-ci ildən sonra Aİ Ermənistan–Azərbaycan münasibətlərində vasitəçi rolunu gücləndirməyə cəhd edib. Xüsusilə Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilən Monitorinq Missiyası rəsmi Bakının etirazına səbəb olub. Azərbaycan bu missiyanın bölgədə fəaliyyətinə ehtiyac olmadığını, sabitliyə tədid yaradacağını bəyan edib.

Buna baxmayaraq, rəsmi Bakı Aİ ilə regional təhlükəsizlik sahəsində əməkdaşlığı tam inkar etmir, lakin Türkiyə və digər regional oyunçularla tarazlıq siyasətinə üstünlük verir.

Beləliklə, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər enerji və nəqliyyatdan ibarət praqmatik məcradan çıxaraq regional sabitlik və strateji tərəfdaşlıq səviyyəsinə doğru inkişaf edir. Hər iki tərəf əməkdaşlıqda maraqlıdır, lakin prioritetlər və yanaşmalar fərqli olduğuna görə proseslər ehtiyatla, mərhələli şəkildə irəliləyir. Azərbaycan üçün bu münasibətlər həm iqtisadi imkanlar, həm də beynəlxalq mövqeyin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Avropa İttifaqı üçün isə Azərbaycan enerji təhlükəsizliyi, Şərq-Qərb dəhlizinin sabitliyi və Rusiya enerjisinə alternativ olaraq önəmlidir.

E. Rüstəmli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:51
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Aprel 2025 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see314

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see264

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see236

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see198

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see145

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see143

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see139

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see134

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see132

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see127

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see126

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see125

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

24 Oktyabr 2025 11:12see125

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see125

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see123

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see122

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see122

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see122

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see121

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri