Icma.az
close
up
RU
Aİ başa düşür ki, Azərbaycan etibarlı tərəfdaşdır

Aİ başa düşür ki, Azərbaycan etibarlı tərəfdaşdır

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında münasibətlərin əbəzolunmazlığı Albaniyanın paytaxtı Tiranada keçirilən "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında açıq şəkildə göründü.

Bunu" Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.

O, qeyd edib ki, bir müddət əvvəl düşünülə bilərdi ki, Azərbaycanın Aİ ilə əlaqələri geriyə doğru gedir. İndiki mürəkkəb geosiyasi durumda Aİ-nın seçim qarşısında qaldığı bir dövrdə Azərbaycan kimi enerji daşıyıcısı bir ölkənin varlığından imtina edilməsi Aİ üçün öldürücü olardı.

Aİ-nın əvvəlki adminstrasiyası tərəfindən Azərbaycana münasibətdə haqsızlıq var idi. Ancaq Azərbaycanın qəti mövqeyi bunun aradan qaldırılmasına səbəb oldu. Bu da onu göstərdi ki,
Azərbaycan siyasi, geosiyasi, enerji, nəqliyyat sahələrində, ümumilikdə, dünyada qlobal problemlərin aradan qaldırılmasında etibarlı tərəfdaşdır və onun rolu bir daha görünür və qəbul edilir.

Politoloqun fikrincə, Aİ yaxşı başa düşür ki, onun Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə siyasətinin həyata keçirilməsində Azərbaycan etibarlı tərəfdaşdır. Aİ rəsmilərinin Azərbaycan Prezidenti ilə görüş və zəngləri Aİ-nın Azərbaycana verdiyi əhəmiyyətin bariz nümunəsidir:

"Göründüyü kimi, Azərbaycan və Aİ arasında siyasi münasibətlər tamamilə bərpa olunub. Ermənistanın və ona dəstək qüvvələrin cəhdlərinə baxmayaraq Azərbaycan Prezidentinin qətiyyətli siyasəti bu kimi faktorların aradan qalxmasına səbəb oldu.
Səfər zamanı keçirilən görüşlər Azərbaycana olan marağın və ölkəmizə verilən əhəmiyyətin miqyasını nümayiş etdirdi.
Azərbaycan bir tərəfdən Çinlə, Mərkəzi Asiya, Yaxın Şərq ölkələri ilə əlaqələrini inkişaf etdirdi, digər tərəfdən Aİ ilə münasibətlərini normal məcrada, qarşılıqlı maraqlara cavab verən şəkildə inkişaf etdirdi.

Hesab edirəm ki, Azərbaycanın yürütdüyü siyasət dünya nizamının formalaşmasına xüsusi təsirləri baxımından maraq doğurur. Bunu Aİ da yaxşı görür. Azərbaycan dünyada nadir dövlətlərdəndir ki, yürütdüyü siyasət bütün qütblərdə normal qarşılanır, əks mövqe doğurmur. Bu da Azərbaycan dövlətinin unikal qabiliyyətinin təzahürüdür. Bu unikallıq da Azərbaycanı qarşı qütblər arasında ortaq mövqedə çıxış etməyə, onların mövqelərindəki ziddiyyətləri aradan qaldırılmasına dəstək olmaq üçün imkanlar yaradır".

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 May 2025 07:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri