Aİ Britaniyanın ittifaqa qayıtması şərtlərində çeviklik göstərə bilər
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 3 noyabr, AZƏRTAC
Avropa İttifaqı Böyük Britaniyanın quruma yenidən qoşulmaq istəyi ilə bağlı avro və Şengen zonasına üzvlük məsələlərində çevik yanaşma nümayiş etdirə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Politico” nəşri Brüsseldəki anonim mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Londonun Aİ-yə qayıtması halında vahid valyutaya və Şengen zonasına qoşulması mütləq şərt olmaya bilər.
Bildirilib ki, bu yanaşma Britaniyanın ittifaqa yenidən üzvlük imkanlarını artıra bilər. Bununla belə, Aİ nümayəndələri mümkün qayıdışla bağlı rəsmi mövqenin müzakirəsi üçün hələ tez olduğunu qeyd ediblər.
“Politico”nun istinad etdiyi “YouGov” sorğusuna əsasən, britaniyalıların 55 faizi “Brexit”in ləğvini, 34 faizi isə Aİ-dən kənarda qalmağı dəstəkləyir. avro və Şengen zonasına qoşulmaq məcburi şərt olduqda isə Aİ-yə qayıdışın tərəfdarlarının sayı 35 faizə düşür, əleyhdarların sayı 43 faizə yüksəlir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 03 Noyabr 2026 07:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















