Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Strateji çeviklik, yoxsa sistemli parçalanma?

Strateji çeviklik, yoxsa sistemli parçalanma?

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“İki sürətli Avropa” modelinin geosiyasi anatomiyası

Avropa İttifaqı (Aİ) uzun müddətdir ki, institusional elastikliklə siyasi legitimlik arasında mürəkkəb tarazlıq problemi yaşayır. 27 üzv dövlətdən ibarət birlik üçün vahid qərar qəbuletmə mexanizminin qorunması həm normativ, həm də praktiki baxımdan getdikcə çətinləşir. Məhz bu kontekstdə Almaniya ilə Fransanın təşəbbüsü və İtaliya, Polşa, İspaniya, Niderlandın iştirakı ilə keçirilən videokonfrans Aİ-nin gələcək idarəçilik modeli ilə bağlı fundamental sualları yenidən gündəmə gətirib. Müzakirələrin mərkəzində duran “iki sürətli Avropa” modeli bir tərəfdən böhranlara operativ reaksiya vermək zərurətindən, digər tərəfdən isə Aİ daxilində dərinləşən struktur fərqliliklərdən qaynaqlanır.

Əvvəlcə onu qeyd edək ki, “İki sürətli Avropa” anlayışı yeni deyil. Sözügedən konsepsiya ilk dəfə ötən əsrin 90-cı illərində Avropa inteqrasiyasının dərinləşdirilməsi fonunda ortaya çıxmış və əsasən iqtisadi, monetar birliklə əlaqələndirilmişdi. Avrozonanın yaradılması faktiki olaraq Aİ daxilində funksional fərqliliyin ilk rəsmi nümunəsi idi. Lakin mövcud mərhələdə müzakirə olunan model klassik iqtisadi inteqrasiya çərçivəsindən kənara çıxaraq müdafiə, təhlükəsizlik, enerji siyasəti və strateji avtonomiya kimi sahələri əhatə edir. Almaniya və Fransanın təşəbbüsü bu baxımdan normativ inteqrasiyadan çox, strateji praqmatizmə söykənir. Brüsselin mürəkkəb bürokratik mexanizmləri, veto hüququndan sui-istifadə, milli maraqların kollektiv qərarları bloklaması fonunda kiçik liderlər koalisiyası ideyası funksional effektivlik arqumenti ilə əsaslandırılır. Yəni məqsəd Aİ-ni formal konsensus tələblərindən azad edərək çevik qərarvermə platformasına çevirməkdir.

Bəs, prosesə beş aparıcı ölkənin seçilməsi təsadüfdür, yoxsa bu, strateji balansdır? Sözsüz ki, videokonfransda iştirak edən ölkələrin seçimi təsadüfi xarakter daşımır. Fransa və Almaniya Aİ-nin ənənəvi “mühərrikləri” hesab olunsa da, yeni formata İtaliya və İspaniyanın cəlb edilməsi Cənubi Avropanın sosial-iqtisadi reallıqlarının nəzərə alındığını göstərir. Həmçinin Polşanın iştirakı Şərqi Avropanın tam kənarda saxlanılmadığına dair simvolik mesaj kimi qəbul edilə bilər. Niderland isə fiskal intizam və liberal iqtisadi modelin təmsilçisi olaraq balanslaşdırıcı rol oynayır. Beşlik özündə Aİ-nin iqtisadi potensialının, hərbi imkanlarının və siyasi təsir gücünün böyük hissəsini cəmləşdirir. Ona görə də model digər üzv dövlətlərdə mərkəzləşmiş hegemonluq qorxusunu gücləndirir. Xüsusilə Skandinaviya, Baltik dövlətləri və Cənub-Şərqi Avropa üçün belə bir format qərarların onların iştirakı olmadan qəbul edilməsi riskini yaradır.

Məlumdur ki, Ukrayna müharibəsi Aİ-nin təhlükəsizlik arxitekturasının zəif cəhətlərini açıq şəkildə üzə çıxardı. NATO çərçivəsində ABŞ-ın həlledici rolunun davam etməsi Avropanın strateji muxtariyyət iddialarını sual altına qoydu. “İki sürətli Avropa” modeli də məhz bu kontekstdə Avropa müdafiə siyasətinin daha koordinasiyalı və sürətli qurulması üçün mexanizm kimi təqdim olunur. Almaniya və Fransanın müdafiə sənayesində lider mövqeləri, Polşanın hərbi xərclərinin artması, İtaliya və İspaniyanın Aralıq dənizi təhlükəsizlik gündəmi bu koalisiyanı praktik baxımdan funksional edir. Lakin paralel müdafiə strukturları NATO-Aİ münasibətlərində institusional gərginlik yarada və ABŞ tərəfindən Avropanın transatlantik öhdəliklərdən uzaqlaşması kimi qiymətləndirilə bilər.

Aİ-nin üzləşdiyi digər problem iqtisadi asimmetriyaların dərinləşməsidir. Pandemiya sonrası dövr, enerji böhranı və inflyasiya təzyiqləri üzv dövlətlər arasında fiskal imkan fərqlərini daha da artırdı. Bu nöqteyi-nəzərdən “İki sürətli Avropa” çərçivəsində aparıcı ölkələr arasında koordinasiyalı sənaye siyasəti, birgə investisiya mexanizmləri və yaşıl enerjiyə keçidi strategiyaları planlaşdırılır. Amma bu yanaşma bir tərəfdən innovasiya və rəqabət qabiliyyətini artırsa da, digər tərəfdən vahid bazarın parçalanması riskini gücləndirir. Kiçik və iqtisadi cəhətdən zəif dövlətlər üçün belə bir model aparıcı ölkələrlə müqayisədə uçurumu daha da dərinləşdirə bilər.

Ən ciddi tənqidlərdən biri isə demokratik legitimlik məsələsi ilə bağlıdır. Aİ-nin qərarvermə mexanizmi onsuz da “demokratik defisit” ittihamları ilə üzləşir. Qeyri-rəsmi liderlər koalisiyasının formalaşması Avropa Parlamenti və digər institutların rolunu kölgədə qoya bilər. Bu isə birliyin normativ güc kimi legitimliyinə zərbə vurmaq riski daşıyır. Paralel olaraq, belə bir modelin institusional çərçivəyə salınmamasının hüquqi qeyri-müəyyənlik yaratması da ehtimallar arasındadır. Hansı qərarların bu koalisiya çərçivəsində qəbul ediləcəyi, onların Aİ hüququ ilə necə uzlaşdırılacağı sualı hələlik açıq qalmaqdadır.

Sonda belə nəticəyə gəlmək olar ki, qlobal güc balanslarının dəyişdiyi, ABŞ–Çin rəqabətinin kəskinləşdiyi, Rusiya ilə münasibətlərin gərginləşdiyi bir dövrdə Aİ-nin vahid strateji mövqedən çıxış etməsi həyati əhəmiyyət daşıyır. Almaniya və Fransanın təşəbbüsü Aİ-nin dərin struktur problemlərinə real cavab axtarışının göstəricisidir. Lakin “iki sürətli Avropa” modeli həm funksional həll, həm də potensial risk mənbəyidir. Bu model uğur qazanarsa, Aİ daha çevik və strateji aktora çevrilə bilər. Əks halda isə institusional parçalanma, siyasi narazılıq və demokratik legitimlik böhranı qaçılmaz olacaq.

Züriyyə QARAYEVA,
politoloq

Bu təşəbbüs mahiyyət etibarilə Avropa İttifaqının uzun illər yaşadığı qərarvermə böhranına cavab kimi ortaya çıxır. Böyük və təcrübəli dövlətlər bürokratik ləngiməni aşmaq, xüsusilə müdafiə, təhlükəsizlik və iqtisadi dayanıqlıq kimi həyati əhəmiyyətli sahələrdə baş verənlərə daha sürətli reaksiya vermək istəyirlər. Almaniya və Fransanın liderlik etdiyi bu yanaşma Aİ-ni daha funksional etmək niyyəti daşısa da, faktiki olaraq mərkəzləşmiş qərarların dar bir dairədə formalaşmasına gətirib çıxara bilər. Bu isə Avropa İttifaqının bərabərlik və konsensus üzərində qurulmuş siyasi fəlsəfəsi ilə ziddiyyət təşkil edir və kiçik, yaxud kənarda qalan ölkələrdə narazılıq yarada bilər.

Məhz bu nöqtədə yeni qarşıdurma riski ortaya çıxır. “İki sürətli Avropa” modeli rəsmi şəkildə parçalanma yaratmasa da, siyasi reallıqda “birinci dərəcəli” və “ikinci dərəcəli” üzvlər təsəvvürünü gücləndirəcək. Bu da qərarların legitimliyini sual altına qoymaqla yanaşı, Aİ daxilində etimad böhranını dərinləşdirə bilər. Xüsusilə Şərqi Avropa və periferiya ölkələri prosesi öz maraqlarının kənarda qalması kimi qiymətləndirsə, Aİ daxilində səssiz müqavimət və ya açıq siyasi gərginlik ehtimalı artacaq. Yəni təşəbbüs effektivlik gətirə bilər, amma düzgün balans qurulmasa, Avropa daxilində yeni siyasi xəttlərin formalaşmasına da yol aça bilər.

Nəzrin ELDARQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Yanvar 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see527

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see296

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see285

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see215

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see214

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see214

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see211

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see206

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see201

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see201

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see201

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see200

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see199

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see197

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see194

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see194

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see193

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see193

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri