Icma.az
close
up
RU
Simonyanın Bakı səfəri sülh prosesinə təkan verəcək? AÇIQLAMA

Simonyanın Bakı səfəri sülh prosesinə təkan verəcək? AÇIQLAMA

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabr ayında Azərbaycana səfər edəcək. Simonyanın sözlərinə görə, səfər çərçivəsində texniki məsələlər və iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə olunacaq. O, səfəri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana əvvəlki səfərinə qarşılıqlı addım kimi qiymətləndirib.

Bəs gözlənilən səfəri sülh prosesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olarmı? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Azad Məsiyev qeyd etdi ki, Ermənistan ilə Azərbaycan dövləti arasında sülh sazişinin mətni razılaşdırılıb:

"Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistanla praktiki sülhün əldə edilməsi üçün addımlar atır və Ermənistana strateji yüklərin daşınmasına, eyni zamanda Azərbaycan yanacağının Ermənistana satılması və iki dövlət başçılarının beynəlxalq tədbirlərdə intensiv görüşməsi onu deməyə əsas verir ki, Ermənistan-Azərbaycan arasında aparılan bu intensiv danışıqlar gələcəkdə sülh sazişinin əldə edilməsi üçün dialoqun aparılmasına təkan verir".

Onun sözlərinə görə, ümumilikdə Azərbaycan tərəfinin haqlı bir tərəfi var və bu haqlı tərəf beynəlxalq hüquqla öz əksini tapır:

"Çünki sülh sazişinin təməl prinsipi iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıması deməkdir. Ermənistan Konstitusiyası isə Azərbaycanın ərazi bütövlüyünü tanımır. Azərbaycanın ərazi bütövlüyünə iddialı məqamlar var. Belə olan təqdirdə bağlanacaq sülhün, yəni konstitusiyanın müddəasında Azərbaycana torpaq iddiası qaldığı halda bağlanacaq sülhün heç bir əhəmiyyəti olmur. Eyni zamanda Ermənistanda avantürist dairələrin verdiyi bəyanatlar onu göstərir ki, hələ də Ermənistanda "dənizdən dənizə böyük Ermənistan dövləti" yaratmaq xülyasında olan insanlar var. Həmin düşərgə hakimiyyətə gələrsə, təbii ki, sülh sazişinə kölgə salacaqlar. Ona görə də Azərbaycan tərəfi açıq şəkildə mövqeyini bildirir ki, biz Ermənistan dövləti ilə yox, Ermənistan xalqı ilə müqavilə bağlamaq istəyirik. Yəni xalq referendum keçirərək Azərbaycana qarşı torpaq iddiasından imtina etməlidir və bundan sonra iki dövlət arasında münasibətlər sürətlə inkişaf etdirilə bilər".

Siyasi şərhçi diqqətə çatdırdı ki, Azərbaycan tərəfinin həm rəsmi dövlət nümayəndələri, həm də qeyri-hökumət təşkilatları Ermənistana müntəzəm şəkildə səfərlər həyata keçirir:

"Bu səfərlər iki dövlət arasında bağlanacaq sülhə doğru atılan addımdır. Təbii ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistana səfəri Azərbaycanın xoşniyyətli bir səfəri kimi qiymətləndirilib. Adekvat olaraq Ermənistanın da nümayəndəsinin Azərbaycana gəlməsi iki dövlət arasında aparılacaq danışıqlara təkan verir və qarşılıqlı anlaşmaya doğru atılan bir addımdır. Eyni zamanda Ermənistan tərəfi köklü bir addım atmalıdır. Yəni referendum keçirib konstitusiyasında dəyişiklik etdikdən sonra artıq sülh sazişinin rəsmi olaraq imzalanması gündəmə gələ bilər. Artıq Ermənistan–Azərbaycan arasında de-fakto sülh sazişi var. Dediyim kimi, sülh sazişinin mətni razılaşdırılıb, Ermənistana strateji yüklərin daşınması həyata keçirilir".

Azad Məsiyev qeyd etdi ki, Azərbaycan Ermənistana enerji və neft məhsullarının satışını həyata keçirir:

"Eyni zamanda Azərbaycan rəsmilərinin Ermənistana, Ermənistan rəsmilərinin Azərbaycana gediş-gəlişi bunu deməyə əsas verir ki, Ermənistan–Azərbaycan arasında de-fakto sülh var. Ermənistanın Baş nazirinin açıqlamaları, eyni zamanda Azərbaycan Prezidentinin prinsipial mövqeyi artıq sülh sazişinin de-fakto olduğu nümayiş etdirilir. Amma sülh sazişinin de-yure imzalanması üçün mütləq şəkildə hüquqi sənədlər səhnəyə salınmalıdır. Yəni Ermənistan konstitusiyasına dəyişiklik etməli, Azərbaycana torpaq iddiasından imtina etməli, qonşularla dinc yanaşı yaşamaq prinsipini qəbul etməlidir. Eyni zamanda erməni xalqı Azərbaycana düşmənçiliyindən imtina etməlidir. Bunu da konstitusiyada olan referendumda təsdiqlənməlidir. Bundan sonra sülh sazişinin hüquqi tərəfi gündəmə gələ bilər. Amma Ermənistandan müxtəlif bəyanatlar gəlib. Bu yaxınlarda Ermənistan parlamentinin rəhbərliyi tərəfindən belə bir fikir səsləndirildi ki, referendum keçirilmədən də bu saziş imzalana bilər. Amma sual meydana gəlir: konstitusiyada Azərbaycana torpaq iddiası olduğu halda biz hansı sülhdən danışa bilərik? Bu baxımdan erməni xalqı Azərbaycanla dinc yanaşı yaşamaq prinsipini qəbul edirsə və Azərbaycana qarşı düşmənçiliyindən imtina edirsə, onda referendum keçirib o müddəanı çıxartmalı, özü səs verməlidir. Bundan sonra erməni dövlətinin rəsmi sülh sazişini imzalatmaq üçün addımlar atıldığının biz şahidi ola bilərik".

Onun sözlərinə görə, hələ referendum keçirilsə də, xalq ona səs verəcək, ya verməyəcək, bilinmir:

"Bu zaman deyə bilərik ki, erməni dövlətinin apardığı təbliğatdan çox şey asılıdır. Təbii ki, iki dövlət nümayəndələrinin, istər Azərbaycanın Prezident Administrasiyasının nümayəndəsinin Ermənistana səfəri, Ermənistan Təhlükəsizlik Şurasının katibinin Azərbaycana səfəri artıq iki dövlət arasında sülhün əldə edilməsi üçün aparılan bir təbliğat kimi də qiymətləndirilə bilər. Hesab edirəm ki, bu cür səfərlər ümumi işin xeyirinə ola bilər".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Noyabr 2026 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see323

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see315

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see311

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see302

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see281

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see269

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see261

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see249

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see244

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see242

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see237

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see224

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see216

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see215

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see209

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see200

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see190

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see180

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see179

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri