Aİ də yüksəkvəzifəli məmurların istefa dalğası başlayır
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat verib.
"Siyahıya genişlənmə və şərq qonşuluğundan məsul olan Gert Yan Kopman, Avropa Komissiyası baş katibinin müavini və baş əməliyyat direktoru Paskal Leardini, eləcə də daxili bazar və sənayedən məsul olan Kerstin Yorna daxildir", - deyə məlumatda bildirilib.
Bundan əlavə, siyahıda həmçinin səhiyyədə fövqəladə hallara hazırlıq məsələlərinə nəzarət edən Florika Fink-Hoyer, birləşmiş tədqiqat mərkəzinin rəhbəri Bernard Maqenhann və regional və şəhər siyasətindən məsul olan Temis Xristofid də var.
Nəşr qeyd edir ki, sənədin sızdırılması Brüsseldə boş qalan yerlərin kimin dolduracağına dair dedi-qodu dalğasına səbəb olub. Siyahıya olan böyük diqqət onunla izah olunur ki, Avropa Komissiyasında yüksək rəhbər vəzifələrdə hazırda boş yer yoxdur.
Ursula fon der Lyayenin Avropa Komissiyasına rəhbərlik etməyə başladığı andan etibarən orada yalnız bir böyük kadr dəyişikliyi baş verib və mümkün istefa dalğası kadr dəyişikliklərinə səbəb ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 05 Noyabr 2026 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















