Aİ dən tarixi XƏBƏRDARLIQ: Üç günə hazır olun!
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropa İttifaqı vətəndaşlar üçün fövqəladə hallara hazırlıqla bağlı yeni təlimat dərc edib.
Turkustan.az xəbər verir ki, sənəddə vətəndaşlara böhran zamanı ilk üç gün ərzində əsas ehtiyaclarını müstəqil şəkildə qarşılaya bilmələri üçün əvvəlcədən hazırlıq görmək tövsiyə olunur.
Avropa Komissiyasının hazırladığı təlimatda fövqəladə hallara hazırlıq, müvafiq təlimlərin keçirilməsi və etibarlı məlumat mənbələrinə çıxışın təmin edilməsi ilə bağlı tövsiyələr yer alıb.
Avropa Komissiyası bildirib ki, Avropa getdikcə daha tez-tez və mürəkkəb böhranlarla üzləşir. Bu səbəbdən qitənin belə vəziyyətlərə qarşı daha davamlı olması üçün konkret tədbirlər həyata keçirilir.
Bəyanatda qeyd olunur ki, Bərabərlik, Hazırlıq və Böhranların İdarə Edilməsi üzrə Avropa komissarı Hadja Lahbib Brüsseldə keçirilən 9-cu Avropa Mülki Müdafiə Forumunda vətəndaşların fövqəladə hallara hazırlanması ilə bağlı yeni təlimatları təqdim edib.
Yeni qaydalara əsasən, hökumət yardımının səfərbər olunmasına qədərki ilk üç gün ərzində vətəndaşların əsas ehtiyaclarını müstəqil şəkildə qarşılaya bilmələri üçün əvvəlcədən zəruri hazırlıq görmələri tövsiyə edilir.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 04 Noyabr 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















