Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzindəki (TTM) mənimsəmə cinayəti ilə bağlı məhkəmə başlayıb.
Teleqraf-ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Bu iş üzrə 7 nəfər - Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzinin sabiq rəisi, polkovnik Sarı Xəlilov, onun köməkçisi olmuş gizir Bəxtiyar Bəhrəmzadə, TTM-in maliyyə xidmətinin rəisi olmuş polkovnik-leytenant Rəşad Məlikzadə və müxtəlif vəzifələrdə işləmiş İbadulla Əliyev, Hacıağa Həmidov, Əfqan Yunusov, Ayaz Adamov mühakimə edilir.
Onlardan yalnız Rəşad Məlikzadə və İbadulla Əliyev həbsdədir.
İş üzrə dəymiş ziyanın 207 min manat olduğu müəyyən edilib.
İşə baxan hakimlər heyətinin qərarı ilə cinayət işi məhkəmə baxışına verilib.
Məhkəmə baxış iclası noyabrın 13-nə təyin edilib.
Qeyd edək ki, eks TTM rəisi polkovnik Sarı Xəlilovun müdafiə nazirinin sabiq müavini general-leytenant Nizam Osmanovla yaxın dost olduqları bildirilir. Xəlilov elə Osmanov işdən çıxarılan vaxt təqaüdə göndərilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 04 Noyabr 2026 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















