Icma.az
close
up
RU
Aİ dəvətli deyil...

Aİ dəvətli deyil...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Avropa İttifaqının dövlət və hökumət başçıları Ukrayna ilə bağlı bəyanat qəbul ediblər. Belə ki, bəyanatda qeyd olunur ki, Aİ Ukraynanın öz gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququnu dəstəkləyir və ölkənin Aİ-nin üzvü olması yolunda dəstəyi davam etdirməyə hazırdır. Sənəddə ABŞ Prezidenti Donald Trampın “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin dayandırılmasına və onun üçün ədalətli, davamlı sülh və təhlükəsizliyin əldə edilməsinə yönəlmiş” səyləri alqışlanır. Aİ ölkələrinin başçıları bəyan ediblər ki, Aİ ABŞ və digər müttəfiqlərlə əlaqəli şəkildə Ukraynaya siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik yardım göstərməyə, həmçinin Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə davam edəcək. Liderlər, həmçinin qeyd ediblər ki, konstruktiv danışıqlar yalnız atəşkəs və ya döyüş əməliyyatlarının intensivliyinin azaldılması şəraitində mümkündür.

Aİ Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak etmək niyyətindədir 

Ukraynada səfərdə olan Çexiyanın XİN rəhbəri Yan Lipavski jurnalistlərə açıqlamasında bildirib ki, Aİ Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak etməlidir - o, əsaslandırıb ki, rəsmi Kiyevə ən böyük hərbi yardım edən tərəf Aİ-nin üzv ölkələridir. Y.Lipavskinin sözlərinə görə, ABŞ mütəmadi olaraq əsas avropalı oyunçuları məlumatlandırır.  “Demək olmaz ki, Avropa tamamilə kənarlaşdırılıb, lakin məlumat nisbətən azdır, ona görə də gəlin, tələsməyək. Dəyişməz olaraq qalan odur ki, Ukrayna nəyə razı olub-olmadığına hazır olduğuna qərar verməlidir”, - deyə çexiyalı nazir əlavə edib. Çexiyanın XİN rəhbəri üç il yarım ərzində Rusiya qoşunlarının əsassız tammiqyaslı işğalına müqavimət göstərən Ukraynanın ərazi bütövlüyünü sarsılmaz prinsip adlandırıb.

Makron masa kənarında...

Fransa rezidenti Emmanuel Makron da Tramp və Putin arasında Alyaskada planlaşdırılan görüş ərəfəsində bəyanatla çıxış edib. O, Ukrayna Prezidenti ilə danışaraq bir daha vurğulayıb ki, “Ukraynanın gələcəyi, artıq üç ildən çoxdur azadlıq və təhlükəsizlik uğrunda mübarizə aparan ukraynalılar olmadan müəyyən edilə bilməz”. Fransa Prezidenti bu bəyanatı Fransanın Var bölgəsində yerləşən Breqansondan Volodimir Zelenskiyə etdiyi telefon zəngindən sonra X sosial şəbəkə platformasında paylaşıb. Söhbət zamanı o, Trampın Rusiya ilə ərazi mübadiləsi barədə verdiyi təklifə də toxunub və bunun təhlükəli presedent yarada biləcəyi barədə xəbərdarlıq etdiyi bildirilir.

Fransa Prezidenti qeyd edib: “Avropalılar da bu məsələnin həllində iştirak etməlidir, çünki bu, onların təhlükəsizliyi ilə birbaşa bağlıdır”. O, həmçinin Almaniyanın kansleri Fridrix Mers və Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə də bu mövzuda məsləhətləşmələr apardığını açıqlayıb.

Hazırda diqqət Tramp və Putin arasında Alyaskada keçiriləcək sammitə yönəlib. Lakin Makronun bu görüşdən kənarda qalması və proseslərə yalnız şərhlərlə reaksiya verməsi, bir çox müşahidəçilər tərəfindən Fransanın beynəlxalq arenada Ukrayna məsələsindəki rolunun zəiflədiyi kimi qiymətləndirilir.

Makronun “Ukrayna olmadan sülh mümkün deyil” çağırışı dəyərli olsa da, Fransa artıq sülh prosesindəki əsas danışıq masalarından kənarda qalıb. Bu, Fransa üçün diplomatik bir uğursuzluqdur.

Fransa lideri hələ də Avropanı birləşdirməyə çalışsa da, Trampın monoloji idarə strategiyası fonunda bu səylər səmərə vermir.

Almaniyanın onlayn konfrans təşəbbüsü

Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa ölkələrinin dövlət və hökumət başçıları ilə Rusiya-Ukrayna müharibəsinə dair məsləhətləşmələr aparmaq niyyətindədir. Almaniyanın “Tagesschau” informasiya agentliyinin məlumatına görə, məsləhətləşmələrin video konfrans çərçivəsində aparılması planlaşdırılır. Onlayn məsləhətləşmələrdən əvvəl F.Mertsin Fransa, Böyük Britaniya, İtaliya, Polşa və Finlandiyanın dövlət və hökumət başçıları ilə virtual görüşü təşkil olunacaq. Görüşdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, NATO-nun Baş katibi Mark Rutte və Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edəcəklər.

ABŞ Aİ-nin danışıqlarda iştirak etməsində maraqlı deyil

Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, ABŞ-ın Avropa İttifaqına Rusiya ilə Ukrayna arasında aparılacaq danışıqlarda iştirak etməsinə imkan verəcəyi inandırıcı görünmür.

“Tramp Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin yalnız ABŞ-ın vasitəçiliyi altında aparılmasında israrlıdır. Ağ Evin rəhbəri Avropa İttifaqının və ya Aİ-nin hər hansı üzv ölkəsinin bu danışıqlarda iştirak etməsini istəmir. Bunun səbəbi də bəllidir. Aİ və ABŞ-ın Ukrayna ilə bağlı siyasi mövqeləri fərqlidir, demək olar ki, bir-birilə ziddiyyət təşkil edir. Aİ Ukraynanın ərazi bütövlüyünü və suverenliyini prioritet hesab edir və sülh danışıqlarında bu prioritetin nəzərə alınmasını və münaqişənin məhz Ukraynanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmasını tələb edir. Aİ-nin liderləri, rus ordusunun Ukraynadan tamamilə geri çəkilməsini münaqişənin nizamlanması üçün zəruri hesab edir. Tramp administrasiyası isə tam fərqli mövqe sərgiləyir. Tramp Ukraynada müharibənin tez bir zamanda sona çatmasında və iki münaqişə tərəfi arasında atəşkəsin əldə olunmasında maraqlıdır. Bunun üçün də Ukraynanı ərazi güzəştlərinə getməyə vadar edir. Mövqelərin üst-üstə düşmədiyinə görə, ABŞ prezidenti Aİ-ni danışıqlar prosesindən kənarlaşdırmağa çalışır. Avqustun 15-də ABŞ-ın Alyaska ştatında Donald Tramp ilə Vladimir Putin arasında ikitərəfli görüşün keçirilməsi gözlənilir. Bu görüşdə Ukrayna ilə bağlı çox mühüm məsələlər müzakirə olunacaq. Nə Aİ, nə də Ukraynanın rəhbərliyi Alyaska görüşünə dəvət edilməyib,” - deyə Ə.İbrahimov vurğulayıb. 

Aİ-nin danışıqlarda iştirakı zəruridir?

“Hesab edirəm ki, Aİ-nin danışıqlar prosesində iştirak etməsi zəruridir. Ona görə ki, hazırda Ukraynada baş verən proseslər Avropanın təhlükəsizliyinə təsir göstərir. Əgər Rusiya Ukraynada öz istədiyinə nail olarsa, sonrakı mərhələdə Avropa ölkələrinin sabitliyi və təhlükəsizliyi təhdid altında olacaq. Ukraynada münaqişənin sülh və ədalətli şəkildə nizamlanması Avropada  mövcud vəziyyətin davam etməsi üçün xüsusi əhəmiyyət kəsb edir,” - deyə Ə.İbrahimov əlavə edib.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Avqust 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see788

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see749

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see745

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see542

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see531

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see497

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see381

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see369

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see363

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see339

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see335

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see290

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see287

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see260

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see259

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see252

Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək Paşinyan

07 Oktyabr 2026 18:23see223

Portnikov: Ukrayna əsgərləri və dronları müharibədə qalib gələcək...

07 Oktyabr 2026 18:12see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri