Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda həbsdə olan şəxsin bağ evində silah-sursat aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən məlumat verilib.
Bildirilib ki, xidmətin, İxtisaslaşdırılmış müalicə müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları ilə birgə uğurlu əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 237.2.3; 67.1 və 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş şəxs Vüqar Yaşar oğlu Quliyev tərəfindən Maştağa qəsəbəsində yerləşən bağ evinin ərazisində torpağa basdırılaraq gizlədilmiş bir ədəd lüləsi kəsilmiş tüfəng və ona aid 4 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 22 Noyabr 2026 06:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















