Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gürcüstanda noyabrın 22-də elan edilmiş ümummilli matəm günü ilə əlaqədar ölkə ərazisində dövlət bayraqları yarıya qədər endirilib.
AZXEBER.COM xəbər verir ki, hökumətin qərarına əsasən, matəm tədbiri bütün ölkəni əhatə edir.
Dövlət bayraqları dövlət və inzibati binalarda, rəsmi qurumların yerləşdiyi ərazilərdə aşağı salınıb.
Matəm günü noyabrın 19-da Tbilisinin Kvemo Poniçala qəsəbəsində yaşayış binasında baş vermiş partlayış nəticəsində həlak olanların xatirəsinə həsr olunub. Faciə nəticəsində altı nəfər, o cümlədən iki azyaşlı həyatını itirib, beş nəfər xəsarət alıb.
Gürcüstan hökumətinin qərarı ilə noyabrın 22-si həlak olanların xatirəsinin yad edilməsi üçün ümummilli matəm günü elan olunub.
Baxış sayı:118
Bu xəbər 22 Noyabr 2026 03:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















