Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Aİ Ermənistan üçün “səxavət kisəsini” açıb

Aİ Ermənistan üçün “səxavət kisəsini” açıb

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İttıfaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Kaya Kallasın bugünlərdə  Ermənistana baş tutan səfəri bir sıra məqamlarla yadda qalıb. Onun səfəri zamanı regionda vəziyyət və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması məsələsi də diqqət mərkəzində olub. Həm baş nazir Paşinyan, həm də xarici işlər naziri Mirzoyanla görüşən xanım Kallas deyib ki, Brüssel Ermənistan-Azərbaycan ikitərəfli danışıqları zamanı qeydə alınan, regionda sabitlik və sülhün bərqərar olması üçün əsas ola biləcək müsbət irəliləyişi qeyd etməkdən məmnundur. Ali nümayəndə burada ikitərəfli əsasda aparılan danışıqların nəticəsi kimi sülh sazişi layihəsinin mətninin razılaşdırılmasına diqqət çəkib. “İkitərəfli münasibətlərin normallaşması istiqamətində əldə edilən irəliləyiş bizi sevindirir və ruhlandırır. Çünki Ermənistan və Azərbaycan arasında münasibətlərin yaxşılaşması regionda davamlı sülhə yol aça bilər”-deyə  K.Kallas vurğulayıb.

Aİ və Ermənistanı bir-birinə “yaxınlaşdıran” səbəb

Səfər zamanı ali nümayəndə Aİ-nin Ermənistana isti münasibətini də açıq ifadə edib və qarşılıqlı əlaqələrin genişlənməsində maraqlı olduqlarını söyləyib. Ermənistan vətəndaşlarının Aİ məkanına gediş-gəlişinin sadələşdirilməsi istiqamətində nəzərdə tutulan addımlar da bunun göstəricisidir. “Avropa Komissiyası Viza Liberallaşdırılması üzrə Fəaliyyət Planı təklifini qəbul edib və şərtlər yerinə yetirildikdə və proses başa çatdıqda, bu, Avropa İttifaqı ilə Ermənistanı bir-birinə daha da yaxınlaşdıracaq”, - deyən Kallas bu prosesdən məmnunluğunu gizlətməyib.

Macarıstan Ermənistana hərbi yardımı bloklayır

Lakin Aİ Ermənistana hərbi yardımın artırılmasını  gerçəkləşdirə bilmir. Buna səbəb isə Macarıstanın veto hüququndan istifadə etməsidir. İrəvanda olarkən xanım Kallas mətbuat konfransında jurnalistlərə bildirib ki, Macarıstan Ermənistan üçün Avropa Sülh Fondundan əlavə vəsaitin ayrılmasını bloklayır. Onun sözlərinə görə, Avropa İttifaqı 27 suveren dövlətdən ibarətdir, hər bir ölkənin öz mövqeyi var və qərarlar konsensus əsasında qəbul olunur. “Məsələnin həllini tapmağa çalışırıq. Bəli, hələlik qərar yoxdur, amma həll yolu axtarırıq”, - deyə ali nümayəndə ermənilərin “könlünü almağa” çalışıb. Əslində isə, Macarıstan haqlı olaraq belə bir mövqe sərgiləyir.  Çünki 30 il ərzində Azərbaycana qarşı işğalçı siyasət həyata keçirmiş Ermənistana hərbi yardım göstərilməsi yolverilməzdir. Əgər belə bir addım atılarsa, bu, gələcəkdə rəsmi İrəvanda müharibə ritorikasını yenidən gücləndirə bilər. Keçmiş təcrübə bunu deməyə əsas verir. Doğrudur, Brüssel bu addımın hansısa “tərəfdaşlıq” mövqeyi ilə izah etməyə çalışsa da, həmin yardımların Azərbaycana qarşı yönəlməyəcəyinə təminat yoxdur.

Əgər həqiqətən də, burada başqa niyyət güdülmürsə, o zaman Aİ tərəflər arasında fərq qoymamalıdır. Macarıstanın da mövqeyi bundan ibarətdir ki, Brüssel Cənubi Qafqaz ölkələrinə münasibətdə balansı gözləməli, Avropa Sülh Fondu çərçivəsində Ermənistanla yanaşı Azərbaycana da vəsait ayırmalıdır. Lakin Brüsselin yalnız Ermənistana yardım göstərmək istəyi qaranlıq mətləblərdən xəbər verir.

Aİ-nin İrəvana 270 milyon avro “hədiyyəsi”

Əslində, Ermənistan hakimiyyəti bir sıra beynəlxalq qurumlardan, o cümlədən Avropa İttifaqından maliyyə dəstəyi almaq üçün müxtəlif variantlara əl atır. Paşinyan hökuməti son vaxtlar regionda baş verən prosesləri bu məqsədi reallaşdırmaq üçün “fürsət” hesab edir. Təsadüfi deyil ki, 44 günlük müharibədən sonra Aİ bu ölkəyə milyonlarla vəsait ayırıb. Bu dəstəyin ardı hələ də gəlməkdədir. K.Kallas İrəvanda səfərdə olarkən  Avropa İttifaqının  2028-ci ilədək Ermənistan “iqtisadiyyatının dayanıqlılığını artırmaq üçün” 270 milyon avro ayırmağı planlaşdırdığını bəyan edib: “Avropa İttifaqı 2024-2027-ci illəri əhatə edən dayanıqlılıq və iqtisadi artım proqramı üçün Ermənistana 270 milyon avro ayırır. Bu, biznesə dəstəyi təmin edəcək, Ermənistan və Aİ arasında əlaqələri yaxşılaşdıracaq və islahat aparmaq səylərinə kömək edəcək. Lakin münasibətlərimiz iqtisadiyyatdan kənara çıxır. Biz, həmçinin həssas əhali qruplarına maliyyə, mənzil və psixososial dəstək göstəririk”.

Məlumdur ki, Avropa İttifaqı indiyə qədər də müxtəlif layihələr və proqramlar adı altında Ermənistana maliyyə yardımları edib. Ermənistana milyonlarla avro  maliyyə vəsaiti ayrılsa da, ölkədə hökumət tərəfindən sosial və humanitar məsələlərlə bağlı hər hansı bir real layihənin həyata keçirilməsi müşahidə edilməyib. Ən azından əhalinin sosial durumunun ağır olması da bunu təsdiqləyir. Bütün bunlar, bu məsələdə siyasi maraqların olmasını göstərir.

Görünən odur ki, Avropa İttifaqının Ermənistana münasibətdə “səxavət kisəsini” açıq saxlamasında müəyyən maraqlar var. Paşinyan hökuməti bu maliyyədən varlanmağı düşünürsə, Avropa İttifaqı Cənubi Qafqazda möhkəmlənməyə çalışacaq. Bu məqsədə çatmaq üçün Ermənistan onlar üçün poliqon rolunu oynamaqdadır.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 İyul 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see344

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see280

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see272

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see270

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see253

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see251

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see245

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see239

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see237

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see235

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see223

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see220

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see214

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see206

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see201

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see198

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see192

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see190

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see189

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri