Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Aİ Ermənistanı itirməkdən niyə qorxur?

Aİ Ermənistanı itirməkdən niyə qorxur?

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Son zamanlar Aİ-nin rəsmilərinin Ermənistana mütəmadi səfərləri müşahidə edilməkdədir.  Qeyd edək ki, fevralın 13-də Ermənistan parlamentinin iclasında “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsi qəbul olunub.  Bu qanuna görə, Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanılması üçün ölkədə referendum keçirilə bilər.

Son bir neçə ildə Avropa İttifaqı və onun bəzi üzv ölkələrinin Ermənistanla münasibətlərdə addımları çox mühüm məqamlardan xəbər verir. Ermənistana hər tərəfli dəstəyin verilməsi fonunda bu ölkədə təsir imkanlarını artırmaq və bu ölkə üzərindən regionda öz geostrateji və geosiyasi mövqeyini möhkəmləndirmək Aİ-nin, xüsusilə də Fransanın Cənubi Qafqaz siyasətində əsas hədəfi hesab oluna bilər - 2025-ci ilin ilk günlərindən Aİ rəsmilərinin Ermənistana intensiv səfərləri bunu sübut edir. Keçən il də Aİ-nin və Avropa ölkələrinin rəsmilərinin Ermənistana səfərlərinə şahidlik etmişik -  Parisin meri Anna Hidalqo və  Fransanın XİN rəhbəri Stefan Sejurnenin İrəvana səfəri xüsusi diqqət çəkib.

Bir məqamı da vurğulayaq ki, artıq Aİ və Ermənistan arasında vizanın sadələşdirilməsi ilə bağlı müzakirələr başlayıb - Ermənistan KİV-lərinin məlumatına görə, fevralın 13-də Aİ-nin ilk ekspert missiyası vizanın liberallaşması məsələsini müzakirə etmək üçün İrəvana gəlib.  Xatırladaq ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvdür və Rusiya ilə dərin iqtisadi-ticari münasibətlərə malikdir.

Bəzi ekspertlərin fikrincə, Aİ-Ermənistan münasibətlərində son proseslər məhz rəsmi Parisin təşəbbüsüdür və Ukrayna ətrafında baş verən hadisələr fonunda rəsmi Brüsselin Ermənistana diqqəti artırması bir neçə səbəbdən irəli gəlir.

Cənubi Qafqazın əhəmiyyəti

Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, bu səfərlərin mahiyyətini geosiyasi aspektlər baxımından başa düşmək lazımdır. “Artıq yeni qlobal siyasi nizamın formalaşması istiqamətində addımlar atılır - bu nizamda Avropa İttifaqı da geosiyasi güc mərkəzi olmaq, xüsusilə də Almaniya və Fransa bu prosesə nəzarət etmək niyyətindədir. Paris mərkəzi-qərbi Afrikada mövqelərini itirmək üzrədir - bu itkilərini kompensasiya etmək üçün Cənubi Qafqaza göz dikib. Fransanın hər vəchlə Ermənistanı özünə daha da yaxınlaşdırması və bu ölkəyə hərbi-siyasi dəstək verməsi onu deməyə əsas verir ki, Paris məhz Ermənistan üzərindən Cənubi Qafqazda geosiyasi təsir imkanlarını artırmaq istəyir”.

Politoloqun sözlərinə görə, Cənubi Qafqaz Avrasiyada beynəlxalq nəqliyyat qovşağına çevrilib: “Bu baxımdan regionda geosiyasi və geoiqtisadi cəhətdən möhkəmlənmək həm Aİ, həm də Avropanın güc mərkəzləri üçün xüsusi əhəmiyyət kəsb edir”.

Qərb Ermənistanı plasdarma çevirmək istəyir

“Gürcüstan əldən çıxdıqdan sonra Aİ diqqətini Ermənistan üzərində cəmləşdirir. Düzünü desək, Aİ və Avropanın güc mərkəzləri Ermənistanı regionda öz maraqlarını təmin etmək üçün plasdarma çevirirlər.  Ancaq nəzərə almalıdırlar ki, Ermənistan üzərində regiona təsir etmək imkanları məhdud olacaq. Çünki Ermənistan blokada şəraitindədir. Amma buna baxmayaraq, Aİ yeganə alternativ seçim kimi Ermənistanı görür”, - deyə A.Nərimanlı vurğulayb.

Ermənistan da əldən çıxa bilər

Politoloq qeyd edib ki, Rusiya-ABŞ danışıqlarında əldə olunacaq razılaşmalar Ermənistana da təsir göstərə bilər: “Əgər Rusiya Ukraynada öz məqsədlərinə nail olarsa, bu, Moskvanın Cənubi Qafqazda yenidən aktivləşməsinə gətirib çıxaracaq. Bildiyimiz kimi, Ermənistan hər zaman Rusiyanın regionda forpostu olub. Bu baxımdan münasib şərait yaranan kimi Kreml Ermənistanda əvvəlki gücünü qaytarmağa çalışacaq. Moskvanın Ermənistanda özünə bağlı radikal və revanşist qüvvələri Paşinyan hakimiyyətinə qarşı səfərbər edəcəyi istisna deyil”.  Ardınca A.Nərimanlı əlavə edib ki, Trampın USAİD ilə bağlı qərarından sonra qərbmeyilli qüvvələrin maliyyə imkanları tükənmək üzrədir: “Belə bir halda Paşinyan Rusiyaya yaxınlaşmaq məcburiyyətində ola bilər. Aİ isə Ermənistanın əlindən çıxmasını istəmir. Ona görə də Ermənistana zəruri olan dəstəyi davam etdirəcək”.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Fevral 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri