Icma.az
close
up
RU
Aİ müşahidəçiləri Ermənistanı niyə tərk etmir?

Aİ müşahidəçiləri Ermənistanı niyə tərk etmir?

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bakı və İrəvan arasında faktiki olaraq sülhün təmin edilməsinə baxmayaraq, hələ də Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) müşahidə missiyası Ermənistan–Azərbaycan sərhədində 7000-ci “yubiley” monitorinqini həyata keçirib. Missiya rəhbərliyinin bu münasibətlə yaydığı məlumatda monitorinqin sərhədin hansı hissəsində və Ermənistanın hansı bölgəsində keçirildiyi göstərilmir. Yalnız Qafqaz dağları fonunda dayanmış dörd müşahidəçinin fotosu təqdim olunub.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin 7-ci maddəsinə əsasən, tərəflər ümumi sərhədlərində üçüncü ölkələrin qüvvələrini yerləşdirməmək öhdəliyi götürüblər. Bundan başqa, ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülhün qorunmasına dair öhdəlikləri Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyətinin vaxtından əvvəl dayandırılması üçün şərait yaradır. Tərəflər sülh sazişini imzalamasalar belə, artıq qarşılıqlı şəkildə dinc əməkdaşlıq etməyə razılaşıblar. Deməli, Avropa müşahidəçilərinin binokllarına ehtiyac qalmayıb. Bununla belə, son monitorinq göstərir ki, missiya fəaliyyətini dayandırmağı planlaşdırmır və Ermənistan hakimiyyəti Aİ müşahidəçilərinin ölkədən çıxarılması barədə heç nə demir.

O da məlumdur ki, müşahidəçilər hələ başlanğıcdan öz işlərini görmürlər. Təsəvvür edin, onlar bir dəfə də olsun sərhəddə atəşkəs pozuntusu qeydə almayıblar. Hər insident zamanı təmas xəttinin tamam başqa sahəsində olublar. Deməli, missiya obyektiv deyil, yalnız siyasi mənada Ermənistanın mövqeyini qoruyan alətdir. Başqa sözlə desək, missiyanın fəaliyyəti regiondakı təhlükəsizliyə töhfə verməyə yox, Qərbin Ermənistandakı mövcudluğunu gücləndirməyə yönəlib. Qurumun müşahidəçilərinin ilk gündən qeyri-rəsmi, yəni gizli funksiyalar yerinə yetirmələri də fikrimizin sübutudur. Bununla bağlı müxtəlif versiyalar da var: qonşu dövlətlərə, o cümlədən Azərbaycana qarşı kəşfiyyat fəaliyyəti, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının izlənməsi və Qərbin Ermənistanda gizli hərbi kontingent yerləşdirməsi.

Görünür, buna görədir ki, Vaşinqton sammitindən sonra missiya Ermənistanı tərk etmir. Çünki onun əsl funksiyası Ermənistan–Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı deyil. İndi isə missiyanın gələcək mövcudluğu üçün yeni rəsmi bəhanə də tapılıb: müşahidəçilər sülh sazişi imzalanana qədər Ermənistan–Azərbaycan sərhədi boyunca fəaliyyətini davam etdirəcəklər. Yeri gəlmişkən, baş nazir Nikol Paşinyanın da bunu vurğulayan açıqlaması var.

Əlbəttə, Aİ müşahidəçilərinin sülh sazişinin imzalandıqdan sonra da bölgədə qalmaları mümkündür. Brüsselin İrəvanla razılaşdıraraq, “müşahidə missiyasını yenidən formalaşdırması” ehtimalı var. Baxmayaraq ki, sülh sazişinin 7-ci maddəsi ümumi sərhədlər boyunca üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsi öhdəliyini müəyyənləşdirir.

Bəli, Aİ-nin xarici siyasət üzrə rəsmi nümayəndəsi Anita Hipperin açıqlamalarından aydın görünür ki, Vaşinqton sammitindən sonra missiyanın bölgədə qalması onun Ermənistan–Azərbaycan münaqişəsinin həllindən daha geniş regional və geosiyasi marağı var. Başqa sözlə desək, hətta sülh müqaviləsinin imzalanması da müşahidə missiyasının fəaliyyətini Ermənistanın digər ərazilərində davam etdirməsinə mane yaratmayacaq. Deməli, müşahidəçilərin Azərbaycanla sərhəddən Ermənistanın digər bölgələrinə, o cümlədən İran, Türkiyə və Gürcüstanla sərhədlərə çəkilmələri mümkündür.

Belə olan halda yuxarıda qeyd etdiyimiz 3 versiyanı nəzərdən keçirək. Hələlik ehtimal olsa da, bu 3 versiya həm regional güc balansı, həm də beynəlxalq təhlükəsizlik baxımından narahatlıqlar yaradır. Birinci versiyaya görə, Aİ tərəfindən həyata keçirilən missiyanın əsas məqsədi Ermənistanın qonşu ölkələri olan Gürcüstan və İranla bağlı məlumat toplamaqdır. Bu fəaliyyət sərhəd gərginliyindən hərbi fəaliyyətlərə, siyasi qərarlara və sosial-iqtisadi vəziyyətə qədər geniş bir spektri əhatə edir. Daha böyük məqsəd isə regiondakı “geosiyasi balansı dəqiq qiymətləndirmək və gələcək strateji qərarlar” hazırlamaqdır. Aydındır ki, belə yanaşma Gürcüstan və İranla inamsızlığa yol açacaq.

Missiyanın ikinci istiqaməti Rusiyanın Gümrü şəhərindəki hərbi bazasını izləməkdir. Moskva bu bazanı Ermənistanın suverenliyini dəstəkləmək üçün saxlamır, həm də Cənubi Qafqazda və ətraf regionda hərbi və siyasi təsirini artırmaq məqsədini güdür. Aİ həmin bazanın fəaliyyətini izləməklə yanaşı, Rusiya ilə hərbi münasibətləri və regional güc balansını təhlil etmək niyyətindədir. O da aydındır ki, Moskva bu müşahidəni öz hərbi fəaliyyətinə müdaxilə kimi qiymət-ləndirə və sərt etiraz edə bilər.

Üçüncü istiqamət Qərb hərbi kontingentinin Ermənistanda yerləşdirilməsinə hazırlıq prosesidir. Ekspertlər bunun siyasi və hərbi baxımdan Qərbin regiondakı mövqeyini möhkəmləndirməyə yönəldiyini qeyd edirlər. Bu fəaliyyət regional siyasətin və hərbi hazırlığın mühüm hissəsini təşkil edəcək. Qərbin Ermənistandakı hərbi mövcudluğu Rusiyanın Cənubi Qafqazda təsirinə qarşı açıq təhdid olacaq. Kreml uzun müddətdir ki, Ermənistanda hərbi bazalarla mövcudluğunu qoruyur və bu ona regionda nüfuz və təhlükəsizlik təminatları verir. Qərbin Ermənistanla hərbi əlaqələrini genişləndirməsi Rusiyanın regional təsirini zəiflədir və Kremlin maraqlarına ciddi zərbə vurur. Bu isə Rusiya ilə Qərb arasında gərginliyi artıracaq.

Hər üç variant geniş məlumatların toplanmasını tələb edir. Bu məlumatlar sərhəd boyunca baş verən hadisələrdən tutmuş, hərbi fəaliyyətlərə, siyasi qərarlara və sosial-iqtisadi vəziyyətə qədər geniş spektri əhatə edəcək. Toplanan məlumatlar yalnız sərhəddə vəziyyətin monitorinqi ilə məhdudlaşmır, həm də regiondakı geosiyasi balansın daha dəqiq qiymətləndirilməsi və gələcək strateji qərarların hazırlanması üçün əsas mənbə kimi istifadə olunacaq.

Beləliklə, sülh sazişinin paraflanması fonunda missiyanın qalması göstərir ki, Ermənistan və Aİ üçün bu kontingent sülhlə bağlı deyil, daha geniş siyasi proseslərin tərkib hissəsidir. Saziş qüvvəyə mindikdən sonra belə missiyanın sadəcə yerini dəyişdirərək Ermənistanda qalması o deməkdir ki, müşahidəçilər Azərbaycanla sərhəddən çəkilsələr belə, onlar region ölkələri arasında şübhələr yarada, Ermənistanı Qərb–Rusiya qarşıdurmasının yeni mövqeyinə çevirə bilər.

Onu da qeyd edək ki, bu vəziyyət Azərbaycanın region üçün nəzərdə tutduğu modelə ziddir. Ölkəmiz xarici hərbi kontingentlərdən kənar Cənubi Qafqaz istəyir və sülhün məhz regional əməkdaşlıq vasitəsilə təmin olunmasını prioritet sayır. Aİ missiyasının qeyri-şəffaf fəaliyyəti isə həm Ermənistan–Azərbaycan normallaşmasını ləngidir, həm də Ermənistanı öz mövqeyini sərtləşdirməyə təşviq edir. Əgər missiya siyasi alət kimi qalmağa davam edərsə, bölgədə etimadı artırmaq əvəzinə, yeni gərginlik ocaqları yaradacaq. Azərbaycanın baxışına görə, üzvi və davamlı sülh yalnız regional dövlətlərin öz maraqları və qərarları əsasında formalaşmalıdır, xarici güclərin bölgədə sabitliyi alətə çevirməsi ilə deyil.

İstənilən halda, missiyanın Azərbaycanla sərhəddə fəaliyyətinin bitməsinə az müddət qalıb. Ancaq bir şey nəzərə alınmalıdır ki, bunlar sazişin qüvvəyə minməsindən sonrakı müddət üçün nəzərdə tutulur. Biz isə hələ sazişi imzalamamışıq, sadəcə paraflamışıq. Çox güman ki, sənəd Ermənistanın yeni konstitusiyasının qəbulundan sonra imzalanacaq.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Noyabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri