Aİ Fransa şərabçılarına dəstək üçün 40 milyon avro ayıracaq
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Avropa İttifaqı (Aİ) ABŞ-nin tətbiq etdiyi rüsumlar və spirtli içkilərə qlobal tələbatın azalması səbəbindən təzyiqlə üzləşən Fransa şərabçılarını dəstəkləmək üçün 40 milyon avro yönəldəcək.
Moderator.az Fransa KİV-ə istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı üzrə Avropa komissarı Kristof Hansen Parisdə ənənəvi kənd təsərrüfatı sərgisinin açılışından əvvəl bildirib.
Onun sözlərinə görə, fövqəladə maliyyələşdirmə Fransa iqtisadiyyatını dəstəkləmək məqsədi daşıyan tədbir kimi satılmamış məhsulun distillə edilməsinə yönəldiləcək.
KİV-in məlumatına görə, spirtli içkilərə tələbatın azalması istehlakçı vərdişlərinin dəyişməsi ilə əlaqədardır - gənclər getdikcə daha çox sağlam həyat tərzini seçirlər.
ABŞ Prezidenti Donald Tramp tərəfindən Avropa şərabının ixracına tətbiq edilən tariflər və güclənən rəqabət isə əlavə təzyiq yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 25 Fevral 2026 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















