Aİ komissarı: Aİ TRIPP layihəsinə daha geniş regional əlaqəlilik çərçivəsində baxır
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
“Tramp Marşrutu” (TRIPP) layihəsinin icrası ABŞ və Ermənistan arasında əldə olunmuş razılaşmaya əsaslanır və Aİ bu məsələyə daha geniş regional əlaqəlilik çərçivəsində baxaraq ABŞ-la danışıqlar aparır.
APA xəbər verir ki, bunu Aİ-nin genişlənmə üzrə ali komissarı Marta Kos “Tramp Marşrutu” (TRIPP) layihəsində Avropa İttifaqının mümkün iştirakı barədə danışarkən bildirib.
“Burada Mərkəzi Asiyadan Avropaya gedən bir yoldan söhbət gedir. Söhbət cəmi 42 kilometrlik yol sahəsindən gedir. Bizim üçün vacibdir ki, gördüyümüz iş yalnız bu 42 kilometrlik hissə ilə məhdudlaşmasın, həm şərqə, həm də qərbə doğru uzanan bütün istiqamətləri əhatə etsin və bütün bu proseslər paralel şəkildə həyata keçirilsin”, – Kos bildirib.
O həmçinin qeyd edib ki, Ermənistanın əhatəli əlaqəlilik baxımından ən prioritet hesab etdiyi məsələlərin siyahısını təqdim etməsi üçün Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri David Xudatyanla müraciət edib.
“Bizim də öz ideyalarımız var. Bu məsələləri Türkiyə və Azərbaycanla müzakirə edirik. Buna görə də işi hissələrə bölməyin mənası yoxdur. Lakin bu kontekstdə Amerika Birləşmiş Ştatlarının əməkdaşlığı və ya iştirakı sadəcə 42 kilometrlik dəmir yolunun tikintisindən qat-qat daha önəmlidir”, – Marta Kos vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 02 Dekabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















