Icma.az
close
up
RU
Əliməmməd Nuriyev: İcra nümayəndəsinin kiminsə məhsulunu müsadirə etmək hüququ yoxdur

Əliməmməd Nuriyev: İcra nümayəndəsinin kiminsə məhsulunu müsadirə etmək hüququ yoxdur

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

 Sumqayıtda icra nümayəndəsinin bu hərəkəti biabırçılıqdır, özbaşınalıqdır

Hesab edirəm ki, bu məsələylə bağlı birbaşa cənab Prezidentə müraciət edilməlidir

Küçə ticarəti qadağandırsa, bu, hamıya şamil edilsin, ümumiyyətlə küçədə heç nə satılmasın

Sumqayıt Şəhər İcra Hakimiyyəti nümayəndəsinin küçə ticarətiylə məşğul olmaq istrəyən şəxsin məhsulunu müsadirə etməsi, kobud, qaba rəftarı sosial şəbəkələrdə kəskin etiraz doğurub. İcra nümayəndəsinin şəxsə yaxınlaşaraq özünü təqdim etmədən “Bura vətəndaşın yoludur, alma satmaq üçün yer deyil. Bunu səkidə satırsansa, sənin deyil. “Vsyo”, qoyun bunları maşına!” söyləməsi insan hüquqlarının kobud pozuntusu, mımur özbaşınalığı olaraq dəyərləndirilir. Vətəndaş, səki dərdi çəkən olublar!  

Xatırladaq ki, bir müddət öncə də Sumqayıtda analoji hal baş vermişdi. İcra hakimiyyəti nümayəndələri küçə ticarəti aparılan əraziyə gələrək satıcılarla kobud rəftar etmişdilər və ticarətə mane olmuşdular. Və bunun səkirlərdə guiya ki təmizlik işləri aparmaq, piyadaların sərbəst hərəkətinə şərait yaradılması məqsədiylə edildiyi bildirilmişdi. Məlum məsələdir, “təmizlik işi” səkilrədən daha çox satıcılara aid olur. Kimlərsə daha artıq haqq ödəyərək səkidə “toçka” əldə edir və ticarətə davam edir. Eyni hal paytaxt Bakıda əyani götrünür. Dəfələrlə bunu qeyd etmişik, səkilər bazardır. Metronun istənilən stansiyasının giriş-çıxışında eyni hal yaşanır. Piştaxtalar uzandıqca uzanır. “Elmlər Akademiyası” metrostansiyasının giriş-çıxışına nəzər yetirmək kifayətdir. Bəs bu küçələrdə piyadaların hərəkətinə mane olunmur? Olunur. Amma haqqını verib orda bazar açıblar. Ona görə onlara toxunmurlar. Sumqayıtdakı hadisə isə bir daha təsdiq edir ki, məsələ küçə ticarətinin yığışdırılması, səkinin abadlığı deyil, satıcılardan daha artıq haqq yığmaqdır. Sual isə budur: icra nümayəndəsinin vıtıəndaşın malını müsadirə etmək hüququ varmı? 

Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev “Sherg.az”a açıqlamasında bildirdi ki, icra nümayəndəsinin kiminsə məhsuluna, malına “əl qoymaq” – müsadirə etmək hüququ yoxdur:

- İlk növbədə icra nümayəndəsi vətəndaşa yaxınlaşıb özünü təqdim etməli, sənədini göstərməlidir. Vətəndaşın malı, mülkü, məhsulu isə yalnız məhkəmə qaydasında, məhkəmənin hökmü ilə müsadirə oluna bilər. Sumqayıtda icra nümayəndəsinin vətəndaşa qarşı hərəkəti, davranışı tamamilə qanunsuzdur, insan hüquqlarının, mülkiyyət hüququnun kobud şəkildə pozulmasıdır. Bu şəxs kimdir ki başqasının malına əl qoyur?!. Buna onun hüç bir hüququ çatmır. Əgər səki tutulubsa, piyadaların hərəkətinə maneçilik yaranıbsa satıcı cərimə oluna bilər. Küçə ticarəti dünyanın hər yerində, ən sivil ölkələrdə də var. Küçə ticarəti qadağandırsa, bu, hamıya şamil edilsin, ümumiyyətlə küçədə heç nə satılmasın. Yox, qadağan deyilsə, təbii ki müəyyən şərtlər daxilində, ictimai yerləri zibilləməmək, piyadaların, avtomobillərin hərəkətinə mane olmamaq, sanitar qaydalara riayət edilməklə həyata keçirilməlidir. Biz bunun əksini istər paytaxda, istərsə dsə digər şəhərlərdə görürük. Qanunusuz ticarətdirsə, cərimə edilə bilər. Amma kiminsə məhsulunu müsadirə etmək qanunsuzdur və kimsənin buna hüququ çatmır. Sumqayıtda icra nümayəndəsinin bu hərəkəti biabırçılıqdır, özbaşınalıqdır. İnsanları təhqir edirlər, aşağılayırlar. Mənim yazığım gəldi o kişiyə. Bu necə qaba rəftardır, məmur vətəndaşla görün hansı tonda danışır! 

Ə.Nuriyev qeyd etdi ki, problem həm də bundan yaranır ki insanlar öz hüquqlarını bilmirlər: 

- Məhsulu müsadirə olunan şəxs iddia qaydasında prokurorluğa müraciət etməlidir. İnsanlar hüquqlarını bilməlidir. Kimsənin onun məhsulunu məhkəmə qərarı olmadan müsadirə etmək, mənimsəmək hüququ yoxdur. Necə yəni, apar qoy maşına?!. Bu, nə deməkdir? Açıq-aşkar insanı soymaqdır. Hesab edirəm ki, bu məsələylə bağlı birbaşa cənab Prezidentə müraciət edilməlidir. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Yanvar 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see156

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri