Icma.az
close
up
RU
Azərbaycan artıq əsas hədəflərinə nail olub

Azərbaycan artıq əsas hədəflərinə nail olub

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər erməniəsilli şəxsin yanvarın 14-də Ermənistan tərəfinə təhvil verilməsi ilk növbədə geniş çərçivədə sülh xəttimizə, dövlət maraqlarımıza xidmət edir. Bu addım hazırkı sülh prosesi fonunda Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa əsasən atılıb. Eyni zamanda, biz bu addımı humanizm prinsiplərinə uyğun olaraq atmışıq. Bütün dünya birliyi də bir daha gördü ki, Azərbaycan sözdə yox, əməli olaraq ümumbəşəri dəyərlərə sayğı ilə yanaşan humanist dövlətdir.
Ermənistana təhvil verilən məhkumların arasında Birinci Qarabağ müharibəsi zamanı Xocalı rayonunun Meşəli kəndində törədilmiş soyqırımında iştirakda ittiham olunaraq 15 il azadlıqdan məhrum edilmiş Vaqif Xaçatryan adlı cinayətkar da var və bir sıra insanlarımızın onun Ermənistana təhvil verilməsinə emosional reaksiya vermələri tamamilə təbiidir. Çünki insanlarımız onun xalqımıza qarşı düşmən hərəkətlərini bu gün də xatırlayırlar. Lakin gələcək milli mənafelərimiz baxımından bu gün sözügedən erməni cinayətkarların İrəvana təhvil verilməsi Azərbaycanın strateji hədəflərinə uyğundur. Bu gün Azərbaycanın əsas prioritet hədəfi lideri olduğu regionda qalıcı sülhə nail olmaqdır. 4 erməninin qarşı tərəfə təhvil verilməsi prosesi də məhz Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olunmasının praktik nəticəsi kimi həyata keçirilib.
Rəsmi Bakının Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David və Euljekyan Vigen Abrahamı İrəvana təhvil verməsinin həm Azərbaycanda, həm də Ermənistanda müzakirələrə səbəb olması normaldır. Çünki hər iki ölkə 2025-ci il avqustun 8-də imzalanmış Vaşinqton razılaşmalarının məntiqinə uyğun olaraq bu kimi cari addımları atmaqla öz xalqlarını real sülhə hazırlayırlar. Azərbaycan da bu addımı öz mövqeyindən geri çəkilən zəif ölkə kimi yox, tam əksinə, öz ərazi bütövlüyü və suverenliyini bərpa etmiş və separatçıları da tutub Bakıya gətirərək ədalət məhkəməsinin qarşısına çıxartmış qalib ölkə kimi atıb. Ona görə də "4 erməni məhbus nəyə görə qaytarılıb" sualı üzərindən manipulyasiyalar edənlərin həmişəki kimi fürsətçilik göstərib ictimai rəydə çaşqınlıq yaratmaları, suyu bulandırmaları yersizdir.
Azərbaycan qalib və güclü dövlət olduğunu əyani təsdiqlədiyi kimi, gərəkdiyində humanist və sülhpərvər dövlət kimi davranmağı da bacarır. Dövvlətimiz və ordumuz 44 günlük müharibə və 23 saatlıq antiterror əməliyyatı zamanı öz sözünü döyüş meydanında dedi və həmçinin dövlətçiliyimizə qarşı çıxmış erməniləri ələ keçirərək cinayət məsuliyyətinə cəlb etdi. Bəli, biz onları tutub Bakıya gətirməklə hansı gücə malik olduğumuzu hamıya göstərdik. Müasir dövrümüzdə bunu bacaran çox az dövlət var. Bu gün Azərbaycanın sülhün əsas təşəbbüsçüsü olan dövlət kimi sözügedən məhbuslardan bir neçəsini qarşı tərəfə təhvil verməsi də güclü dövlətin praqmatik siyasətinin göstəricisidir.
Azərbaycan artıq əsas hədəflərinə nail olub və indi postmüharibə dövrünün məntiqi ilə hərəkət edərək sülh və əməkdaşlıq yolunu seçib, regionda sabitliyin bərqərar olunmasına start verib. Bu addım ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqelərini və regionda davamlı inkişafın, təhlükəsizliyin təmin olunmasına töhfə verən sülhsevər ölkə imicini daha da möhkəmləndirəcək. Bizim sülhsevərliyimiz gücümüzə və qalibiyyətimizə əsaslanır.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 19 Yanvar 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri