Icma.az
close
up
RU
Aİ nin çevik reaksiya qrupu Ermənistana səfər edəcək

Aİ nin çevik reaksiya qrupu Ermənistana səfər edəcək

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Bu barədə “Azatutyun” rəsmi sənədlərə istinadla məlumat yayıb.
Bildirilib ki, qrup 9–14 nəfərdən ibarət olacaq və Ermənistanda 10–15 gün fəaliyyət göstərəcək. Missiya Ermənistan Baş naziri Administrasiyası və Təhlükəsizlik Şurasına kiberhücumlar və xarici informasiya manipulyasiyaları zamanı böhranların idarə olunması üzrə plan və prosedurların hazırlanmasında dəstək verəcək.
Məlumata görə, Mərkəzi Seçki Komissiyası, Daxili İşlər Nazirliyi və vergi orqanları da bu dəstəkdən yararlanacaq.
Aİ hesab edir ki, Ermənistan parlament seçkiləri ərəfəsində demokratik institutlara və ictimai etimada yönəlmiş intensiv hibrid təhdidlərlə üzləşib. Bu təhdidlərə xarici informasiya manipulyasiyası, kibertəhdidlər və seçki prosesinə qanunsuz maliyyə müdaxiləsi daxildir.
Avropa Şurası tərəfindən təsdiqlənmiş sənəddə qeyd olunur ki, iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində bu təhdidlərin daha da güclənməsi ehtimalı var.
Sənəddə Ermənistanın ötən ilin noyabrında Aİ-yə müraciət etdiyi, qurumun müvafiq qrupunun isə yanvarda ölkəyə səfər etdiyi bildirilir. Həmin səfər Ermənistanın hibrid təhdidlərə qarşı həssaslığı barədə ilkin qiymətləndirmə aparmağa imkan verib.
Aİ-nin ali nümayəndəsi Kaya Kallas daha əvvəl Ermənistanın qarşıdan gələn seçkilər ərəfəsində xarici müdaxiləyə qarşı mübarizə üçün Brüsselə müraciət etdiyini açıqlayıb. Aİ bu məqsədlə 12 milyon avro ayırmağa hazır olduğunu bəyan edib. Vəsaitin xarici informasiya manipulyasiyası ilə mübarizə və kibertəhlükəsizliyin gücləndirilməsinə yönəldilməsi planlaşdırılır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://azvision.az
archiveBu xəbər 17 Mart 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri