Icma.az
close
up
RU
Şostakoviç irsi gənc musiqişünasların gözündə

Şostakoviç irsi gənc musiqişünasların gözündə

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2026-cı il oktyabrın 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında XX əsr musiqi sənətinin müqtədir nümayəndəsi D.D.Şostakoviçin (1906–1975) anadan olmasının 120 illiyinə həsr edilmiş “Dmitri Şostakoviçin irsi: Zaman və musiqi” adlı tələbə elmi-yaradıcılıq müsabiqəsi keçirilib.

525.az xəbər verir ki, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylinin sədrlik etdiyi münsiflər heyətinə tədris işləri üzrə prorektor Nərminə Quliyeva, elmi işlər üzrə prorektor Gülnaz Abdullazadə, tarix-nəzəriyyə fakültəsinin dekanı Gülzar Mahmudova, kafedra müdirləri Zümrüd Dadaşzadə və Könül Nəsirova, Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Minaxanım Babayeva, habelə Xatirə Həsənzadə və Kəmalə Ələsgərli daxil olublar.

Şostakoviçin yaradıcılığı Azərbaycan musiqi mədəniyyəti üçün xüsusi önəm kəsb edir. Qara Qarayev və Cövdət Hacıyev onun sinfinin məzunu olmuş, Soltan Hacıbəyov və Elmira Nəzirova da ondan dərs almışlar. Bəstəkarın pedaqoji və yaradıcılıq prinsipləri milli bəstəkarlıq məktəbimizin inkişafında mühüm rol oynayıb. Onun irsinin tədqiqi Azərbaycan musiqisinin XX əsrdə keçdiyi inkişaf yoluna və yaradıcılıq əlaqələrinə də nəzər salmaq imkanı yaradır.

Müsabiqənin nəticələrinə həsr olunmuş toplantını TEC-in sədri Minaxanım Babayeva açaraq onun  əsas məramını səsləndirib. Məqsəd tələbələri müstəqil tədqiqat işinə yönəltmək və elmi mətn hazırlamaq vərdişlərini inkişaf etdirmək olub. İştirakçılardan mövzu üzrə ədəbiyyatla tanış olmaq, mənbələrdəki məlumat və yanaşmaları müqayisəli təhlil etmək, fərqli araşdırma rakursu seçərək öz mövqelərini əsaslandırmaq tələb olunub.

Şostakoviç yaradıcılığının fəlsəfi dərinliyi, musiqi dilinin mürəkkəbliyi, onun insanın daxili aləmi ilə dövrün ziddiyyətləri arasındakı münasibətləri əks etdirmək istedadı gənc tədqiqatçılardan diqqətli və həssas yanaşma tələb edir. Əsərlərin bədii məzmununu tarixi-mədəni mühit və müxtəlif yozumlarla əlaqədə nəzərdən keçirmək tələbələrin qarşısında yeni suallar və axtarış istiqamətləri açıb.

Müsabiqədə Tarix-nəzəriyyə fakültəsinin tələbələri 11 elmi iş təqdim ediblər. Mövzular Şostakoviçin simfoniyaları, operaları, kino və teatr üçün musiqisini, habelə Azərbaycanla əlaqələrini əhatə edib. Qiymətləndirmədə yazılı mətnin elmi səviyyəsi, ədəbiyyatla işləmək bacarığı, təhlilin əsaslılığı və müəllif yanaşmasının aydınlığı başlıca meyarlar olub.

Tapşırığın yaradıcı hissəsi kimi iştirakçılar mövzularına uyğun kiçik videoçarxlar da hazırlayıblar. Qara Qarayevin ev-muzeyində, Bakı Kitab Mərkəzində və digər məkanlarda aparılan çəkilişlərdə maraqlı təqdimat həlləri yer alıb. Məkan və yanaşma müxtəlifliyi bu işlərə fərdi xarakter aşılayıb, araşdırmaların əsas ideyalarını auditoriyaya canlı və yığcam şəkildə çatdırmağa kömək edib.

Müsabiqənin nəticələrinə əsasən I yerə Qumral Zeynalova, II yerə Aytac İsgəndərli, III yerə isə Xanım Qocayeva və Sevgim Musazadə layiq görülüblər. Nubar Ağaməmmədova, Nəzrin Məmmədova, Ayşən Rəfizadə, Sevinc Hüseynova, Neyjən Mustafayeva, Gülcan Əhmədova və Validə Hacıyeva fəal iştiraklarına görə sertifikatlar verilib. 

Toplantının sonunda tədris işləri üzrə prorektor Nərminə Quliyeva, elmi işlər üzrə prorektor Gülnaz Abdullazadə və Musiqi tarixi kafedrasının müdiri Zümrüd Dadaşzadə təqdim olunan işlər barədə təəssüratlarını bölüşüb, irad və tövsiyələrini bildiriblər. Gəncləri müsabiqəyə hazırlayan müəllimlərə də təşəkkür bildirilib.

Tədbirdə həmçinin Z.Dadaşzadənin  Azərbaycan Dövlət Musiqi Mədəniyyəti  muzeyinin təqdim etdiyi fotosənədlər əsasında hazırladığı  videoçarx sərgilənib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Noyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri